Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük geosiyasi savaş fonunda terror dalğası Cənubi Qafqaza keçə bilər?

Bəzi analitiklərə görə İstanbul terroru hələ başlanğıcdır...

Politoloq: “İstanbulda baş verən terror aktının özünəməxsus xüsusiyyətləri və əlamətləri var”.

“Məhz Cənubi Qafqazda yenidən terror aktlarının baş vermə ehtimalına gələndə deyə bilərəm ki, belə ehtimaldan heç kəs sığortalanmayıb. Heç bir dövlət deyə bilməz ki, mənim ərazimdə terror aktları baş vermir və verə də bilməz”.

Bu sözləri politoloq Samir Hümbətov Cənubi Qafqazda terror aktının törədilmə ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Ukraynada məğlubiyyətə uğradıqca geosiyasi mübarizənin mərkəzi Böyük Orta Doğuya və özəlliklə də onun bir parçası, həm də “qapılarından” biri olan Cənubi Qafqaza keçir. İstanbul terroru buna əyani sübutdur, və bəzi analitiklərə görə bu hələ başlanğıcdır.

Bəs böyük geosiyasi savaş fonunda terror dalğasının Cənubi Qafqaza da keçməsinə ehtimal vermək olar?

Mövzunu PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Bundan sonrakı mərhələdə ölkəmizə qarşı digər dövlətlərdən mümkün terror təhdidi ola bilər”.

Terror təhdidinin Cənubi Qafqazda hər hansı təzyiq vasitəsi kimi istifadə edilməsini proqnoz edən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bunun nə dərəcədə effektiv olub-olmamasını zaman göstərəcək:

“İstanbulda baş verən terror aktının özünəməxsus xüsusiyyətləri və əlamətləri var. Bu terror aktı məqsədli şəkildə Türkiyəni sarsıtmağa hesablanmış və bəlli bir dairələr tərəfindən verilən mesaj kimi qiymətləndirilə bilər.

Rusiya-Ukrayna müharibəsi 8 aydır ki, davam edir. İndiki vəziyyətdə demək olar ki, Rusiya məğlubiyyəti yavaş-yavaş qəbul edir və geri çəkilir. Amma proseslər təkcə Rusiya-Ukrayna müharibəsi ilə yekunlaşmır. Əlbəttə, Türkiyə, Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və başqa coğrafiyalarda da yeni münaqişə ocaqlarının çıxma ehtimalı daha çox çoxdur.

Məhz Cənubi Qafqazda yenidən terror aktlarının baş vermə ehtimalına gələndə deyə bilərəm ki, belə ehtimaldan heç kəs sığortalanmayıb. Heç bir dövlət deyə bilməz ki, mənim ərazimdə terror aktları baş vermir və verə də bilməz. Çünki terrorçuların və terrorizmin vətəni, dini, irqi, cinsi də yoxdur.

Konkret Azərbaycana gəlincə isə onsuz da Azərbaycan erməni terrorundan illərdir əziyyət çəkir. Hətta deyərdim 1 əsrdən artıq ki, erməni terrorunun bu və ya digər formada bütün üzlərini görmüşük. Azərbaycan dövləti də erməni terroru ilə mübarizəsini davam etdirir.

Samir Hümbətov: “Nəzərə almaq lazımdır ki, dünən Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən İran cəsur şəbəkəsi ifşa edildi. Bu da ondan xəbər verir ki, bizim hüquqi mühafizə sistemi, təhlükəsizlik orqanlarımız ayıq-sayıqdır”.

Eyni zamanda bu günə qədər böyük güclərin Azərbaycana qarşı terror siyasətinin Ermənistan üzərindən aparıldığını görmüşük. Hesab edirəm ki, bundan sonrakı mərhələdə ölkəmizə qarşı digər dövlətlərdən mümkün terror təhdidi ola bilər. Amma bunu ciddi narahatlıq kimi qəbul edib, panikaya düşməyimizə ehtiyac yoxdur. Çünki bu sahə üzrə fəlaiyyət göstərsin strukturlar hər bir detalı izləyirlər.

Nəzərə almaq lazımdır ki, dünən Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən İran cəsur şəbəkəsi ifşa edildi. Bu da ondan xəbər verir ki, bizim hüquqi mühafizə sistemi, təhlükəsizlik orqanlarımız ayıq-sayıqdır.

Ola bilsin ki, terror təhdidini Cənubi Qafqazda hər hansı təzyiq vasitəsi kimi istifadə etsinlər. Amma bunun nə dərəcədə effektiv olub-olmamasını zaman göstərəcək. Hesab edirəm ki, Azərbaycanın getdikcə qüdrətlənən bir siyasət xətt tutması belə bir hərəkətlərin Azərbaycan üzərindən həyata keçirilməsinə imkan verməyəcək.

İndiki halda ən böyük dövlətlər belə terrordan sığortalanmayıblar. Hətta dünyanın təhlükəsiz dövlətləri adlandırılan Avropa ölkələri və ABŞ-da belə bu proses var. 11 sentyabr hadisələri də açıq nümunə kimi qiymətləndirilə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Erməniləri narahat edən və qorxudan xəritə - Foto

Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”    

Ən çox oxunanalar