Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT sessiyası: Arzular ve reallıqlar - Şərh

BMT Baş Assambleyası adəti üzrə sentyabrın 20-də öz işinə başladı. Böyük və kiçik ölkələrin liderləri BMT tribunasından istifadə edərək çıxışlar edir, dərdlərini beynəlxalq aləmə anladırlar.

ABŞ prezidenti Co Bayden prezident kimi ilk çıxışını BMT-nin 76-cı sessiyasında etdi. Baydenin çıxışı zamanı iki tezis diqqəti çəkdi. Birincisi, Baydenin sözlərinə Amerika ilk dəfədir ki, heç yerdə müharibə aparmır. İkincisi, Amerika “soyuq müharibənin” bərpasında maraqlı deyil, müxtəlif dövlətlərlə anlaşmazlılqarı danışıqlar yoluyla həll etməyə maraq göstərir.

Amerika hazırda müharibə aparmasa da, bu durum uzun çəkməyəcək. Amerika İkinci Dünya Müharibəsindən sonra böyüklü kiçikli onlarla müharibədə ya iştirak edib, ya da səbəbkarı olub. Bu sırada 1950-ci illərdə Koreya, 1960-1970-ci illərdə Vyetnam müharibələrini göstərmək olar, Qrenada adasına desant çıxarma, İraq, Əfqanıstana hərbi müdaxilələr, Afrika və Cənubi Amerikadakı müharibələrdə və çevrilişlərdə qeyri-rəsmi iştiraklar da bu qəbilədəndir. Baydenin Amerika qoşunlarını Əfqanıstandan çıxartması başqa münaqişədə iştirak etməyəcəyi anlamına gəlmir. Digər tərəfdən Amerikanın xarici və təhlükəsizlik siyasətində davamlılıq yoxdur. Yəni Baydendən sonrakı prezident Ağ Evin indiki rəhbərindən fərqli olaraq hesab edə bilər ki, Amerikaya kiçik müharibə lazımdır və qoşunlarını istədiyi bölgəyə göndərə bilər. Bu zaman Baydenin 2021-ci ilin sentyabrında “biz müharibə istəmirik” sözləri xatırlanmayacaq.

Co Baydenin “biz soyuq müharibə istəmirik” qərarını yalnız Ağ Ev sahibi verə bilməz. Əgər Konqres, Pentaqon, Dövlət Departamenti və ya Mərkəzi Kəşfiyyat İdarəsi hesab edirlərsə ki, Rusiyanın və ya Çinin siyasəti Amerika üçün real təhlükədir, bu halda Ağ Evdə oturan şəxs fərqli siyasət yürüdə – Moskva və Pekinə qarşı sanskiyalardan imtina edə bilməyəcək. Bayden çıxışında özü də dedi ki, kiçik dövlətləri və tərəfdaşlarını xarici təzyiqlərdən qoruyacaqlar. Belə olan halda Bayden misül üçün keçmiş prezidentlər Barak ObamaDonald Tramp kimi Ukraynanı Rusiyadan qorumalıdır.

Çin də Amerika ilə münasibətlərdə gərginlik istəmir. Ancaq əgər Çin bölgədə hərbi gücünü artırırsa, müxtəlif adalara, o cümlədən Tayvana iddia edirsə, qonşuları – Hindistan, Yaponiya və Avtraliya sərt dildə danışırsa, Amerikanın özündə texnolojiyaları oğurlamaqla məşğuldursa, tərəfdaşlıq alınmayacaq.

İran prezidenti İbrahim Rəisi BMT sessiyasına videkonfrans vasitəsilə qatılaraq ABŞ bu sözlərlə sərt tənqid etdi: “Bu il iki hadisə baş verdi. Yanvarın 6-da ABŞ Konrqesinə hücum edildi, avqust ayında Əfqanıstan Amerikanın işğalından qurtuldu. Kapitoli binasından Kabilə qədər hamıya ismarıc göndərildi: ABŞ-ın hegemonist sistemi inamsızlıq yaradır”. İndi bu sözlərin qarşılığında Baydenin Tehranla necə dil tapacağı sual doğurur. O biri tərəfdən Amerikanın strateji müttəfiqi İsrail Vaşinqtonu Tehrana qarşı siyasətini sərtləşdirməyə çağırır.

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan sentyabrın 21-də BMT Baş Assambleyasında çıxışında məlum tezisini təkrarladı: “Dünya 5-dən böyükdür”. Başqa sözlə dünyanın problemlərinə yalnız BMT-nin 5 daimi üzvü – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa ənçam çəkməməlidirlər, başqalarının da bu sıraya qoşulması əhəmiyyətlidir. Ərdoğan bu tezisi illərdir dönə-dönə təkrarlasa da, 5 daimi üzv BMT-də inhisarçılıqlarını başqalarıyla bölüşmək fikrində deyillər. Halbuki, öz bölgələrinin söz sahibi oilan Türkiyənin, Hindistanın, Almaniyanın, Yaponiyanın və ya Braziliya kimi dövlətlərin BMT daimi üzvlüyü ədalətli qərar olardı. Ərdoğan həm də bu dövlətlər üçün ədalət tələb edir.

Bu Azərbaycanın müharibədə qazandığı qələbədən sonra BMT-nin ilk sessiyası idi. Ona görə də Ərdoğan çıxışında bu mövzudan yan keçmədi: “Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarına mövzu olan torpaqlarındakı işğala son verib. Bu hadisə bölgədə daimi sülh adına yeni fürsət pəncərələrinin açılmasına şərait yaradıb. Tərəflərin atacağı hər bir müsbət addımı dəstəkləmək qərarındayıq”.
Bu abzasda həm BMT qətnamələri əsasında Azərbaycanın öz ərazilərini azad etmək haqqından yararlandığı, həm də regional əməkdaşlıq üçün imkanların açıldığı ismarıcı var.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar