Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin Baş katibi Qəzzada təcili yardım maşınlarına edilən hücumdan şoka düşüb

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin Qəzzada “Əl-Şifa” mərkəzi xəstəxanası yaxınlığında təcili yardım maşınları karvanına endirdiyi zərbəni şərh edib...

Poliqon xəbər verir ki, BMT rəhbəri baş verənlərdən “dəhşətə gəldiyini” deyib. Quterreşin sözlərinə görə, Qəzzada meyitxanalar doludur, mağazalarda yemək yoxdur, sanitar vəziyyət dəhşətlidir və xəstələnmə halları artmaqdadır.

“Xəstəxananın kənarında küçəyə səpələnmiş cəsədlərin görüntüləri ürək ağrıdır... Artıq bir aya yaxındır ki, Qəzzalı mülki vətəndaşlar, o cümlədən uşaqlar və qadınlar mühasirədədir. Onlar yardımdan məhrum edilir, öldürülür, evləri bombalanır. Bu dayandırılmalıdır. Qəzzada humanitar vəziyyət dəhşətlidir”, deyə Baş katibin bəyanatda bildirib.

Quterreş təsir gücünə malik olanları Qəzzada insanların “əziyyətlərinə son qoymaq” və “bütün bölgəyə yayılan münaqişənin qarşısını almaq” üçünfəaliyyətə çağırıb. O, münaqişə tərəflərini münaqişəyə son qoymağa çağırıb.

BMT-nin Baş katibi açıqlamasında həmçinin HƏMAS-ın İsraildə həyata keçirdiyi terror aktını”, qadınların və uşaqların da daxil olduğu qətlləri, girov götürmələri unutmadığını qeyd edib.

Polqion.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”    

Ən çox oxunanalar