Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-də Ermənistanın Azərbaycanın təbii sərvətlərini talan etməsi məsələsi qaldırılıb

BMT-nin İnsan Hüquqları Şurasının 52-ci növbəti sessiyasında Azərbaycanın təbii sərvətlərinin Ermənistan şirkətləri tərəfindən qeyri-qanuni olaraq istismar və talan edilməsi barədə məsələ gündəmə gətirilib.

“Report”un məlumatına görə, toplantıda çıxış edən Davamlı İnkişaf Məqsədlərinin Gənclər Parlamentinin (Youth Parlament of Sustainable Development Goals – YPSDG) vitse-prezidenti Julia Rosso bildirib ki, Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində qızıl yataqlarının və digər təbii sərvətlərinin irimiqyaslı qanunsuz istismarı aparılıb.

O nəzərə çatdırıb ki, Ermənistan şirkətləri və xaricdən dəvət olunmuş şəxslər tərəfindən Azərbaycanın təbii sərvətləri intensiv şəkildə talan edilib:

“Bu isə havanın, suyun, torpağın çirkləndirilməsinə, meşələrin qırılmasına, biomüxtəlifliyin pozulmasına və yaşayış mühitinin itirilməsinə gətirib çıxarıb. Bu istismar qeyri-qanuni olduğuna və beynəlxalq tələblərə uyğun olmadığına görə daha da ciddi şəkil alıb, çünki ətraf mühitə dəyən ziyan regionun unikal ekosistemini zədələyib. Vaxtilə mühafizə olunan ərazilərə 30 illik işğal dövründə xeyli ziyan dəyib, bu da orada məskunlaşan növlərin mühitinə mənfi təsir edib. Buna misal olaraq Zəngilan rayonundakı nadir çinar meşəsinin qırılmasını göstərə bilərəm. Zəngilandakı çinar meşəsi vaxtilə dünyanın ikinci, Avropanın isə ən böyük meşəsi sayılıb, bu ərazinin məhv edilməsi ekoloji terrorun daha bir əlamətidir”.

Qurum rəsmisi bildirib ki, Qarabağda ekosid kimi səciyyələndirilən və cinayət məsuliyyəti tələb edən ekosistemin kütləvi şəkildə məhv edilməsi baş verib.

Ermənistan tərəfinin Azərbaycanın təbiətinə qarşı nümayiş etdirdiyi düşmən münasibəti nəinki Azərbaycanın ekoloji tarazlığına, flora və faunasına ciddi təhlükə yaradır, digər təxribat xarakterli hərəkətlərlə yanaşı, daha da nifrət doğurur, bölgədə sülh və təhlükəsizliyə ciddi təhlükə yaradır”, - deyə Julia Rosso əlavə edib.

YPSDG-nin vitse-prezidenti münaqişədən sonrakı ərazilərə diqqətlə yanaşmağa, başqa dövlətin ərazi bütövlüyü prinsiplərini pozan davranışı dəyişməyə, işğal altında olan dövlətin daşınar və daşınmaz əmlakının məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələrə, BMT-nin ətraf mühit standartına riayət olunmasına çağırış edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar