Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Baş Assambleyası Qəzzada atəşkəslə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası Fələstin-İsrail münaqişəsi ilə bağlı Misir və Mavritaniyanın təqdim etdiyi qətnamənin qəbuluna səs verib...

Poliqon xəbər verir ki, qətnamədə atəşkəs tələbi var. Bu qətnamənin qəbul edilməsinə Rusiya, İran və Çin də daxil olmaqla 153 dövlət səs verib. İsrail, ABŞ və Avstriya da daxil olmaqla 10 dövlət qətnamənin əleyhinə səs verib.

BMT-nin press-relizində bildirilir ki, atəşkəsə səs verənlər arasında Braziliya, İspaniya, Kuba, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Fransa, İsveçrə və İsveç də var. Böyük Britaniya, Almaniya və Ukrayna da daxil olmaqla 23 dövlət bitərəf qalıb.

İclasda BMT Baş Assambleyası ABŞ və Avstriya tərəfindən edilən düzəlişləri rədd edib. Onlardan birincisi Fələstinin HƏMAS hərəkatının pislənməsini tələb edib, ikincisi girovların HƏMAS və digər qruplaşmalar tərəfindən saxlanılmasına aydınlıq gətirib.

Qəbul edilmiş sənədin əsas məqamları atəşkəs rejiminə dair tələblər və beynəlxalq hüquq normalarına riayət olunmasıdır. Xüsusilə qətnamə bütün girovların azad edilməsini və Qəzza zolağına humanitar yardımın təmin edilməsini tələb edir.

Xatırladaq ki, dekabrın 9-da Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının iclası zamanı Qəzza zolağında dərhal atəşkəs haqqında qətnaməyə veto qoyub. Birləşmiş Ştatlar BƏƏ nümayəndə heyətinin səsverməyə çıxardığı qətnamənin əleyhinə səs verən yeganə dövlət olub. Digər 13 ölkə, o cümlədən Rusiya, Çin və Fransa lehinə səs verib, Britaniya isə bitərəf qalıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Abşeronda qadın sirkə turşusu içib öldü    

Oğuz-Qəbələ-Bakı su kəmərinin doldurulması başa çatdırılıb

Ən çox oxunanalar