Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir neçə saatdan sonra Bakıda külək şiddətlənəcək - Video

Bir neçə saatdan sonra Bakıda külək şiddətlənəcək 

Xəbər verdiyimiz kimi, yanvarın 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək təhlükəli hidrometeoroloji hadisənin gözlənildiyi ilə bağlı məlumat yayıb. Açıqlamada qeyd olunurdu ki, ötən günlərlə müqayisədə havanın temperaturu 10 dərəcə enəcək. Lakin bu gün günorta saatlarında havanın hərarətinin 16 dərəcə olması insanlarda bu informasiyaya qarşı tərəddüd yaradıb.

Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “Real TV”yə açıqlamasında bu gün anomal isti hava şəraitinin müşahidə olunduğunu, lakin kəskin hava şəraiti ilə bağlı səsləndirilmiş proqnozun qüvvədə qaldığını bildirib:

“Baxmayaraq ki, havanın temperaturu paytaxtda iqlim normadan 4 dərəcəyədək yüksək olub, yanvarın 17-də bu günə nisbətən havanın temperaturu kəskin aşağı enəcək. Ümumiyyətlə temperaturun anomal gedişi gözlənilir. Belə ki, temperatur səhər saatlarında 5 dərəcəyə yaxın olacaq, gündüz saatlarında isə 2 dərəcədən yüksək olmayacaq”.

Direktorun sözlərinə görə, yaxın 4-5 saata Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi şimal-qərb küləyinə keçəcək: “Səhər saaatlarına yaxın şimal küləyinin sürəti daha da artacaq. Bakıda və Abşeron yarımadasında mənfi temperatur gözlənilmədiyindən yağıntılar əsasən sulu qar şəklində olacaq”.

Baş hidroloq Asif Verdiyev isə bildirib ki, Aralıq dənizindən ölkəmizə soyuq hava kütlələri əsasən Naxçıvan ərazisindən daxil olacaq: “Daha sonra isə Daşkəsən, Gədəbəy, Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarının ərazisini əhatə edəcək. Qar əsasən bu ərazilərdə müşayiət olunacaq”.

pia.az


Etiket: Külək


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar