Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvar rayonunda Ədliyyə orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

22 noyabr 2018-ci il tarixdə Biləsuvar rayonunda Ədliyyə orqanlarının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şura üzvləri iştirak edib.

İştirakçılar əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyulub.

Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev Ədliyyə orqanlarının yaranmasının 100 illiyi və ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzuladı.Ölkəmizdə ədliyyə orqanlarının fəaliyyəti və rolu barədə danışan M.Quliyev qeyd etdi ki, bu bayram Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Bu gün ölkəmizdə dövlət idarəçiliyinin həyata keçirilməsində, qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayan Azərbaycan ədliyyəsinin şanlı bir tarixi vardır. Azərbaycan Respublikasının Ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlət başçımız cənab İlham Əliyevin diqqət mərkəzindədir. Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev ədliyyə işçilərinə çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Çıxış edənlər peşə bayramları münasibətilə rayonun ədliyyə işçilərinə öz təbriklərini bildirdilər.

Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Rəfayil Əliyev çıxış edərək onlara göstərilən bu yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.R.Əliyev çıxışında əsrə yaxın şanlı tarixi olan Azərbaycan ədliyyəsinin ötən dövrdəki inkişaf yolundan, xüsusilə ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs etdi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin davamlı tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan həmçinin fərqlənmiş bir qrup ədliyyə işçisinin dövlət təltiflərinə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür olduğunu bildirib.

Tədbirin sonunda Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə Biləsuvar rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Rəfayil Əliyev Biləsuvar rayon İcra Hakimiyyəti adından Fəxri fərmanla təltif olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar