Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq səyyahlar qrupunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb

26 ölkəni təmsil edən 50 səyyahın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə üçgünlük səfəri başa çatıb...

"Report" xəbər verir ki, səfər zamanı qonaqlar ermənilərin Füzuli, Ağdam, Şuşa, Cəbrayıl, Laçın, Kəlbəcər və işğaldan azad edilmiş digər ərazilərdə törətdiyi vandalizmin bütün sübutlarını öz gözləri ilə görüblər.

Səfərin ilk günü qonaqlar Füzuliyə, daha sonra Şuşa şəhərində olublar. Burada səyyahlar şəhər qalasına, eləcə də şəhər işğaldan azad edildikdən sonra tikilmiş icra hakimiyyətinin binasına baş çəkib, Cıdır düzü boyunca gəzintiyə çıxıblar.

Üçüncü səfər istiqaməti “Qafqazın Hirosiması” kimi tanınan Ağdam şəhəri olub. Ağdamda turistlər işğal illərində Ermənistanın törətdiyi dağıntılarla tanış olub, Şəhidlər xiyabanını ziyarət ediblər. Bundan başqa, Ağdam Dövlət Dram Teatrında olublar. Onlara Ermənistanın işğalından əvvəlki dövrdə çəkilmiş kadrlar nümayiş etdirilib.

Qeyd edək ki, məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.

Xatırladaq ki, noyabrın 4-6-da beynəlxalq nümayəndə heyəti Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində olublar.

Səfərin sonuncu günü səyyahlar Cəbrayılda Azərbaycanın qədim memarlıq abidəsi - Xudafərin körpüsü ilə tanış olub, həmçinin Ermənistanın işğalı dövründə Füzulidə yerləşdirdiyi minalardan birinin zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Ən çox oxunanalar