Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərdədə bazar suyun altında qaldı - Açıqlama, Video

Bərdə rayonunda tikinti bazarının obyektləri suyun altında qalıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İddia edilib ki, “Sərsəng” su anbarından su açılıb və əraziyə buraxılıb.

Məsələ barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov Oxu.Az-a açıqlama verib.

Onun sözlərinə görə, “Sərsəng” su anbarının suyunun sözügedən bazara axıdılması iddiası əsassızdır:

Bərdə rayonunda tikinti inşaat bazarı Tərtər çayının mənsəbində tikilib. Bu da qanunsuz tikilidir. İşğaldan azad olunan “Suqovuşan” su anbarı işğal zamanı ermənilər tərəfindən yararsız hala salınıb.

Üzərindəki hidrotexniki qurğular sıradan çıxıb. Anbardan çıxan su yalnız qəzatullayıcı vasitəsilə Tərtər çayına axıdılır. Bu səbəbdən də çaya verilən suyun nizamlanması mümkün olmadığından ərazidə subasma qeydə alınır. Suqovuşandan gələn su seli qanunsuz tikiliyə axıb”.

O bildirib ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC məsələ barədə Bərdə Rayon İcra Hakimiyyətinə telefonoqram ünvanlayıb:

“Gələcəkdə çayın suyunun artması və problemlər olmaması üçün çayın məcrasında olan obyektlərin, ilk növbədə daha çox subasma ərazisində yerləşən Bərdə rayonunda tikinti inşaat bazarının köçürülməsi barədə məlumatlar verilib. Hazırda su bir metr enib. Ümid edirik ki, Bərdə RİH-ə göndərilən məktuba uyğun olaraq tədbirlər görüləcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ən çox oxunanalar