Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belqorod vilayətinin atəşə tutulması nəticəsində 5 nəfər yaralanıb

Rusiyanın Ukrayna ilə sərhədyanı Belqorod vilayətinin atəşə tutulması nəticəsində beş nəfər yaralanıb...

“Report” “Mash”ə istinadən xəbər verir ki, hava hücumundan müdafiə bütün raketləri zərərsizləşdirə bilib.

Bildirilib ki, hücum nəticəsində beş nəfərin yaralanması ilə yanaşı çoxmərtəbəli bina, Belqorod Dövlət Texnologiya Universitetinin yataqxanası, supermarket və bir neçə avtomobilə ziyan dəyib.

Eyni zamanda, “Baza” yaralı sayının altı nəfər olduğunu açıqlayıb. Vilayətin qubernatoru Vyaçeslav Qladkov zərərçəkmişlər barədə hələlik açıqlama verməyib.

Xatırladaq ki, martın 20-dən Rusiyanın Belqorod vilayətində bir sıra yaşayış məntəqələrinə giriş məhdudlaşdırılıb.

Martın 19-da Rusiya Prezidenti Vladimir Putin diversiya qruplarının Rusiya soxulması cəhdlərindən söz açıb.

Martın 17-də Ukrayna tərəfdə savaşan “Rusiyanın azadlığı” legionu Belqorodun yaşayış məntəqəsini nəzarətə aldığını açıqlayıb.

Martın 15-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andriy Yusov diversiya qruplarının Rusiyanın Belqorod və Kursk vilayətlərinin “aktiv döyüş əməliyyatları zonasına” çevirdiyini bəyan edib.

Poliqon.info


Etiket: Belqorod Yaralı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar