Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BDU-nun keçmiş baş müəllimi həbs olundu - Foto

Bakı Dövlət Universitetinin keçmiş baş müəllimi Həcər Mikayılova həbs olunub...

Poliqon-un “Qafqazinfo”ya istinadən xəbərinə görə, o, üç nəfərin 344 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

İşin mahiyyəti ondan ibarətdir ki, zərərçəkmişlər-Anar İsmayılov və Qüdrət Həsənov Belarusdan Azərbaycana toyuq məhsulları idxal edən şirkət rəhbərləridirlər.

Təqsirləndirilən şəxs onlara özünü oğlunun direktoru olduğu “MİN 300” MMC-nin faktiki sahibi kimi təqdim edərək Azərbaycana idxal etdikləri ümumilikdə 80 ton toyuq məhsulunu əvvəldən tanıdığı saxlanca yerləşdirilməsinə nail olub. H.Mikayılova bir müddət sonra məhsulu saxlancdan çıxararaq satışını təşkil edib, əldə olunan 332 min manatı ələ keçirib.

Eks-pedeqoq zərərçəkmiş- Məzahir Dostuyevə isə torpaq çıxarışı almasına kömək edəcəyi ilə bağlı yalan vəd verərək ondan 12 min manat pul alıb.

Sözügedən əməllərə görə, Həcər Mikayılovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, H.Mikayılova əvvəllər Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində baş müəllim olub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar