Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden 100 milyonadək adamın peyvəndə məcbur edilməsinə qərar verdi

ABŞ prezidenti Cozef Bayden ölkədə yeni vaksinasiya planı haqda sərəncam imzalayıb.

Novator.az saytı “Nyu-York Tayms” qəzetinə istinadla bildirir ki, sərəncam bütün dövlət müəssisələrində və federal hökumətin podratçı təşkilatlarında çalışanların, bütün tibb işçilərinin, federal proqramlarda iştirak edən müəllimlərin koronavirus əleyhinə məcburi şəkildə peyvəndlənməsini nəzərdə tutur.

Bayden həmçinin Əmək Nazirliyinə göstəriş verib ki, nazirlik 100-dən çox işçisi olan müəssisələrdən bütün əməkdaşların peyvənd olunmasını və ya hər həftə koronavirus testindən keçməsini tələb etsin.

“Nyu-York Tayms” yeni vaksinasiya planının 100 milyonadək insana şamil olunacağını yazır.

2019-cu ilin dekabr ayında Çində üzə çıxan koronavirus infeksiyası 211 ölkə və ərazidə yayılıb. İndiyədək bu virusa dünyada 224 milyondan çox adam yoluxub, onların 4 milyon 662 mindən çoxu vəfat edib. Yoluxmaların 41 milyon 561 mindən, ölümlərin 674 mindən çoxu ABŞ-da qeydə alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar