Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluqdan ölüm işi ilə bağlı ittihamlara cavab

Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur

Abşeron rayon sakini Pərviz Həbibovun öldürülməsi faktı üzrə prokurorluq orqanlarında tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirləndirilən şəxs Ələkbər Ağakişiyevin məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə cinayətin guya ört-basdır edilməsi, sonuncunun cinayət məsuliyyətindən azad edilməsinə dair informasiyalar yayılıb.

Bunu açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. O, bildirib ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur və ictimai rəyi çaşdırmaq, prokurorluq orqanlarının nüfuzuna kölgə salmaq məqsədi güdür.Abşeron rayon sakini Pərviz Həbibovun öldürülməsi faktı üzrə prokurorluq orqanlarında tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirləndirilən şəxs Ələkbər Ağakişiyevin məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə cinayətin guya ört-basdır edilməsi, sonuncunun cinayət məsuliyyətindən azad edilməsinə dair informasiyalar yayılıb.



Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, Azərbaycan Həndbol Federasiyasının baş hakimi vəzifəsində işləmiş Ələkbər Ağakişiyevin, bacısının nişanlısı Pərviz Həbibovu ailəsinin ünvanına nalayiq sözlər işlətməsinə görə qisas almaq məqsədi ilə 21 iyun 2018-ci il tarixdə döyərək xəsarət yetirməsi nəticəsində sonuncunun 28 iyun 2018-ci il tarixdə yaşadığı ünvanda vəfat etməsi faktına görə Ə.Ağakişiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə cinayət işi üzrə istintaq tamamlanaraq 24 yanvar 2019-cu il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib: “Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli hökmü ilə Ə.Ağakişiyevin əməli Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib və o, həmin maddə ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Həmin hökm qanunsuz hesab edildiyindən Ə.Ağakişiyevin Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə tərəfimizdən apellyasiya protesti verilib.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 sentyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılıb.

Baş Prokurorluq olaraq həmin qərarla razılaşmayaraq 13 sentyabr 2019-cu il tarixdə tərəfimizdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti verilib”.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar