Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Balıqçı vətəgələrindən oğurluq edən şəxslər saxlanıldı - Foto

Astarada balıqçı vətəgələrinə qənim kəsilən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayon sakini B.Əliyev Rayon Polis Şöbəsinə müraciət edərək Qamışlı kəndində yerləşən ona məxsus vətəgədən gecə saatlarında balıq ovu üçün nəzərdə tutulmuş ümumilikdə 2000 manat dəyəri olan torların oğurlandığını bildirib.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Astara rayon sakinləri Bəhruz Səmədov, Şəhram Bəşirov və Suad Rasimzadə olduqları müəyyən edilib.

Onların ətrafında aparılan əməliyyat tədbirləri ilə saxlanılan şəxslərin Qamışlı kənd sakini olan daha bir nəfərin 350 manat dəyərində balıq torlarını oğurladıqları məlum olub. Oğurlanmış balıq torları onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar