Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıya 115 yeni avtobus gətirilir

Prezident İlham Əliyevin vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi ilə bağlı tapşırığına uyğun olaraq paytaxta 115 ədəd yeni avtobus gətiriləcək.

PİA.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Türkiyənin BMC şirkətinin istehsalı olan avtobuslar müasir, komfortlu və ekoloji baxımdan təmiz nəqliyyat vasitələridir. Sıxılmış təbii qaz müəhərrikli (CNG) avtobusların 80 ədədi 12 metrlik, 35-i isə 9 metrlik avtobuslardır. İlkin olaraq 12 metrlik avtobusların çatdırılmasına başlanılacaq. Yaxın günlərdə başlanılacaq prosesin noyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır.

Avtobusların gətirilməsi ilə Bakı şəhərinin marşrut şəbəkəsi daha da müasirləşəcək ki, bu da sərnişindaşımaların daha rahat və təhlükəsiz təşkili baxımından əhəmiyyətlidir. Əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması daim dövlətin diqqət mərkəzindədir. Cənab Prezidentin tapşırığı əsasında son 5 ildə 603 ədəd orta və iri tutumlu müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb.

Avtobus parkının yenilənməsi ilə bağlı ötən müddətdə görülən tədbirlər pandemiya dövründə şəhər nəqliyyatının dayanıqlığını təmin edib. Dövlət başçısının müvafiq sərəncamına əsasən 2019-cu ildə alınan 300 ədəd avtobus sayəsində müntəzəm xətlərlə yanaşı 12 sayda ekspres xətt təşkil olunub və müntəzəm xətlər üzrə avtobusların sayı artırılıb ki, bu da pandemiya zamanı mühüm əhəmiyyət kəsb edir. Xüsusi ilə avtobus parkında 18 metrlik avtobusların olması səhər və axşam pik saatlarında sərnişin axının idarə olunması baxımından zəruri hesab olunur.

Yeni avtobusların alınması ilə ətraf kənd və qəsəbələr o cümlədən də Mərdəkan, Maştağa, Bilgəh, Buzovna, Zaqulba, Sabunçu, Zabrat, Qaraçuxur və Bakıxanov qəsəbələrinin birbaşa şəhər mərkəzi ilə əlaqələndirilməsi mümkün olub.

Avtobus parkının yenilənməsi çərçivəsində paytaxta elektirik mühərrikli avtobusların gətirilməsi də planlaşdırılır. Hazırda BMC və MAN şirkətləri ilə elektirik avtobuslarının gətirilməsi, onların çalışması üçün uyğun infrastrukturun qurulmasına dair müzakirələr aparılır.

pia.az


Etiket: BNA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Ən çox oxunanalar