Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda tələbə oğlan “Facebook”da vidalaşdı, intihar etdi


Onun meyiti Bakı bulvarında dənizdən sudan çıxarılıb


Bakı şəhərində bir neçə gün əvvəl tələbə oğlunun axtarışına çıxan ananın intizarına son qoyuldu. Ancaq anaya çatdırılan xəbər onun gözləmədiyi qədər dəhşətli idi. Onun oğlunun Xəzər dənizindən şişmiş vəziyyətdə olan meyiti tapılıb.

Söhbət bir neçə gün əvvəl şəxsi Facebook profilində özünü öldürəcəyini yazaraq evdən getmiş Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Asim Məmmədovdan gedir. O, ötən şənbə günü saat 23 radələrində internet kluba getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb.

Sonradan isə A.Məmmədov son sözlərini misralara töküb dostuna mesaj çəkmişdi:

“Aşuradan mənə nə?
Qiyamət qopdu mənimçün.
Minillik kimi keçməkdə hər saatım, hər günüm.
"Ümidim yox" dedikdə Varlığım geyindi qara
Çox asan görünür mənə
Həm Qiyamət, həm Aşura.
Deyil heç vecimə: Hücum edin şair-kafirə!
Ölüyə nə qorxu hücumdan?
Yalnız zərər yetişə kəfənə.

Bu şeir vəsiyyətimdir səndən başqa məni demək olar ki, heç kim başa düşmür. Bu həyat mənə xoşbəxt olmaq HAQQIMI tanımırsa, bir saniyə belə bu həyatda qalmaq istəmirəm! Gecən xeyrə qalsın, Qaqa. And içirəm ki, heç nə etməyəcəm. Mən ümid edirdim ki, heç olmasa sən mənim qərarımı anlayışla qarşılayacaqsan. Nə isə, boş ver. Sabah görərsən bütün qəzetlər, saytlar vay-şüvən salacaqlar ki "e bu nə dindar idi ki, intihar etdi?!" Amma vecimə də deyil”.

Asim Məmmədov sevdiyi qıza da məktub yazmışdı: "Tamam. Senden başka cavap beklemiyordum zaten. Bütün bunları sadece olarak seni korkutmak için söyledigimi saniyorsunsa, bu gün akşam ve ya yarin Azeri basinina bak. Azerbaycan`da ünlü birisi sayilmaktayim, bana bişey olursa televiziyonu bilmem, ama gazeteler mutlaka yazacaklar. Kendine iyi bak. Elveda”.

Bundan sonra A.Məmmədovdan səs-soraq çıxmayıb. Dünən isə onun meyiti Bakı bulvarında dənizdən sudan çıxarılıb.(milli.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar