Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir - Foto

Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir...

Bu gün kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma yarışları keçirilib. İsveçli Viktor Lindqren hamını qabaqlayaraq qızıl medal qazanıb. 20 yaşlı atıcı 251,3 xal toplayıb.

Çin təmsilçisi Haoran Yanq gümüş medal qazanıb. O, liderdən 0,7 xal geri qalıb. Bürünc medal isə çexiyalı Frantişek Smetananın payına düşüb.

Komanda yarışında isə Çin qızıl medala yiyələnib. Çexiya gümüş, Xorvatiya komandası isə bürünc medala sahib çıxıb.

Viktor Lindqren mükafatlandırma mərasimindən sonra yarış və qazandığı qızıl medalla bağlı təəssüratlarını bölüşüb:

“Bu mənim Bakıya ikinci səfərimdir. İlk dəfə Dünya Kubokunda iştirak etmişdim. Burada hər şey möhtəşəmdir. Həm təşkilatçılıq, həm də şəhər çox gözəldir. Medal qazandığıma hələ də inana bilmirəm. Çox möhtəşəm duyğudur. Ölkəmin gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanması da möhtəşəm oldu. Orada qızıl medal qazanmaq üçün qarşıdakı bir il boyunca səylə çalışmalıyıq”.

Bu günün nəticələrinə görə İsveç, Çin, Çexiya və Qazaxıstan idmançıları öz ölkələrinə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandırıblar.

Bakıda keçirilən Atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən geniş idman tədbiridir. Tədbirdə dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

“Sanki mənə evlilik təklif edib,”hə” cavabı alıb…” - Polad Həşimovun xanımı

Aslan İsmayılov: "İş adamlarına edilən haqsızlıqlara son qoyulmalıdır"

Bu tarixdə hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə enəcək - Xəbərdarlıq

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq

“Neftçi” legioner futbolçusu ilə yollarını ayırıb

Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir

Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib

Ən çox oxunanalar