Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 198 kq yararsız ət aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək

İyulun 10-u saat 23:00 radələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Xaldan-Ağdaş şossesində Mehdiyev Məhəmməd Mikayıl oğlunun idarə etdiyi 10-KG-920 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə satış üçün Bakı şəhərinə gətirilən 198 kiloqram yararsız ət aşkar olunub.

Məlumata görə, QAZ 31-10 markalı nəqliyyat vasitəsinin yük yerində saxlanılan 1 baş iribuynuzlu heyvan cəmdəyinə baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqanoleptik görüntülərinə əsasən bakterioloji çirklənməyə məruz qaldığı, istehlak üçün yararsız olduğu müəyyən edilib.

Ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək.

pia.az


Etiket: yararsız ət

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

İranın Baş Qərargahı helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb

12 uşaqlı masallılı baba: "Qızı istədim, dedilər, qurbandır"

Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazanıb

Kiyevdə vəziyyət kritikləşdi: Ağır döyüşlərdə son vəziyyət

Göyçay sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

Bakıda müştəri hesaba görə restoran işlədən qadının burnunu sındırdı

"Real Madrid" dünyanın ən bahalı futbol klubu olub

Birinci vitse-prezident Mehriban Əliyeva Zelim Kotsoyevi qızıl medal qazanması münasibətilə təbrik edib

Ən çox oxunanalar