Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Nəqliyyat Agentliyi daşıyıcılara xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma xidməti göstərən hüquqi və fiziki şəxslərə rəsmi xəbərdarlıq məktubu göndərib.

“Report” xəbər verir ki, bunu qurumun şöbə müdiri Vüqar Məmmədzadə bildirib.

Onun sözlərinə görə, mətbuatda öz əksini tapmış 165 nömrəli marşrutdakı nöqsanlarla bağlı monitorinq aparılıb: “Monitorinq zamanı qeyd olunan məqamlar öz təsdiqini tapıb.Belə ki, 165 nömrəli marşrutda 18 ədəd avtobus 6-7 dəqiqə hərəkət intervalı ilə xidmət göstərməsinə baxmayaraq, günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yollarda, xüsusən Binəqədi şosesində yaranan nəqliyyat sıxlığı avtobuslararası hərəkət intervalında ləngimələrə, eyni zamanda marşrutda avtobusların ümumi dövrünün gecikməsinə səbəb olur. Buna baxmayaraq, adıçəkilən marşrutun istismarçısı olan "Çinar-Trans" MMC-nin məsul şəxsləri ilə məsələ müzakirə edilərək fəaliyyətlərində əsaslı dönüş edərək avtobusların əsaslı təmir olunması və nəqliyyat vasitələrinin iritutumlu avtobuslarla əvəz edilməsi, o cümlədən digər nöqsanların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilib. Həmçinin mövcud çatışmazlıqlarla bağlı müntəzəm sərnişindaşıma xidməti göstərən şəxslərə xəbərdarlıq edilib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər saata veriləcək dəyər: Maaşlar nə qədər artacaq?

Bəy toyuna bir gün qalmış faciəvi şəkildə öldü - Foto

Fərid Mehralızadə barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - Faktiki hava + Yenilənib

Bakıda peyda olan azyaşlı dəstədən tükürpədən olay: Qanlı kağıza təhdid yazıb həyətlərə atdılar

Qaxa dolu düşüb, meyvə ağaclarına ziyan dəyib

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib

Zelenskini “Ukraynanın baş keşişi” adlandırdı

Rəşad Sadıqov: "Qarabağ"a layiqli müqavimət göstərməyə çalışacağıq

Ən çox oxunanalar