Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı daha bir nüfuzlu tədbirə ev sahibliyi edəcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 53-cü Baş Assambleyası bu il Bakıda keçiriləcək

Sessiyanın gündəliyinə qurumun iqtisadiyyat, ticarət, texnologiya və ekologiya, mədəniyyət, təhsil və sosial, eləcə də, hüquqi və siyasi məsələlər komitələrinin toplantılarında müzakirə ediləcək mövzular daxildir.

Əsas müzakirə mövzusunu isə Azərbaycan tərəfi təklif edəcək. Toplantıda üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, çoxsaylı beynəlxalq qurumların təmsilçilərinin, ayrı-ayrı dövlətlərin parlamentlərinin müşahidəçi qruplarının iştirakı gözlənilir.

QDİƏT PM-in baş katibi Asəf Hacıyevin sözlərinə görə, bu gün Azərbaycanın digər beynəlxalq qurumlarda olduğu kimi, adıçəkilən təşkilatda da rolu yüksəkdir:

“Bunu ölkəmizin ev sahibliyi ilə keçirilən toplantılarda çoxsaylı nümayəndə heyətlərinin iştirakı da təsdiqləyir. Digər tərəfdən, Azərbaycanın uğurla reallaşdırdığı və dünya ticarətini canlandıran iri neft-qaz, nəqliyyat layihələri iqtisadi inkişafla yanaşı, regionda sülhə, təhlükəsizliyə xidmət edir.

Bu da ölkəmizin həm regionda, həm də dövlətlərin siyasi, iqtisadi əməkdaşlıq platformasına çevrilən təşkilatlardakı nüfuzunu artırır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası iqtisadi təşkilat olmasına baxmayaraq, burada siyasi məsələlər də hər zaman aktualdır. Azərbaycan nümayəndə heyəti isə bütün toplantılarda torpaqlarımızın suverenliyinin və ərazi bütövlüyünün bərpası, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini qaldırır.

Elə Parlament Məclisinin Baş Assambleyasının son sessiyalarından birində ilk dəfə qəbul olunan bəyannamədə də quruma üzv ölkələrin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınmasına dair bənd öz əksini tapıb”.(oxu.az)

pia.az


Etiket: Bakı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada islah koloniyasına edilən hücum nəticəsində xəsarət alanların son durumu açıqlandı - Video,  Yenilənib

Dövlətə məxsus ərazilər məşhur istirahət mərkəzinin sahibi tərəfindən icazəsiz zəbt edilib?

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olublar - Yenilənib

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edilib

Sumqayıtda 40 yaşlı kişini ürəyindən bıçaqladılar

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Ağ Ev Ukrayna üçün yeni yardım paketini açıqlayıb

"Bizim Cəbiş müəllim"in Makedonu: "Məni sayan, yada salan olmadı"

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay