Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV-də sensasion istefa – “Xəzər”ləşən televiziyanın rəhbərliyinin planı nədir?

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Texniki İstehsalat Birliyinin direktoru Arzu Abdullayev öz ərizəsi ilə işdən kənarlaşdırılıb...

Qeyd edək ki, A.Abdullayev ölkədə televiziyanın texniki parametrlərini yüksək səviyyədə bilən yeganə mütəxəssislərdən sayılır. Onun yerinə isə Xəzər Televiziyasında çalışmış və 4-5 ay idi ki, A.Abdullayevin müavini olan Elnur Əliyev təyin edilib.

İlkin ehtimallara görə, tender komissiyasının rəhbərlərindən biri olan A.Abdullayevin işdən uzaqlaşdırılması ilə AzTV sədri tender məsələlərinə nəzarəti də bütünlüklə yaxınlarına həvalə edir.

KONKRET.az-a açıqlamasında Arzu Abdullayev bu barədə ətraflı danışmaq istəmədiyini vurğulayıb.

Yeri gəlmişkən, bir neçə ay bundan əvvəl Texniki İstehsalat Birliyinin direktor müavini Knyaz Mehdiyev və oğlu da eyni gündə işdən kənarlaşdırılmışdılar. Artıq AzTV sədri haqqında Prezident İlham Əliyevə müraciət olunub.

Göründüyü kimi, Rövşən Məmmədovun əksər kadrları Əli Həsənova yaxın olan şəxslərdən, o cümlədən “Xəzər” Televiziyasında işləyənlərdən ibarətdir.

KONKRET.az xatırladır ki, sədr Rövşən Məmmədovun həyat yoldaşı Ramilə Məmmədli də “Xəzər” Televiziyasında çalışır. Görünən odur ki, Əli Həsənov vəzifəsindən kənarlaşdırılsa da, onun kadrlarının yerləşdirilməsi prosesi davam edir. Rövşən Məmmədovun hansı məqsəd daşıdığını isə müvafiq orqanlar dəqiqləşdirsə, daha yaxşı olar.

pia.az


Etiket: AzTV

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar