Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanlılar boş-boşuna danışıqlar aparır?!”

İndiki Madrid prinsipləri formatı Qarabağ münaqişəsinin həllinə gətirib çıxara bilməz və bu məsələdə yeni yanaşmalar lazımdır

Belə fikirlə Dağlıq Qarabağ ermənilərinin keçmiş hərbi rəhbəri, general Samvel Babayan çıxış edib. Babayan Ermənistanın baş naziri Nikol Paşinyanı “dayanmağa və istiqaməti dəyişməyə” çağırıb.

“Bir qarış da torpaq vermərik deyənlər Madrid prinsipləri əsasında danışıqları necə aparır? Azərbaycanlılar torpaq istəyir, onlar müzakirələri bu məsələ ətrafında aparırlar, boş-boşuna danışıqlar aparırlar?”-o sual edib.

Babayana görə yaxın iki il ərzində Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşəcəyini gözləmək lazım deyil. Ona görə də erməni tərəfi fürsətdən istifadə edib ordunu gücləndirməlidir ki, diplomatlar daha güclü mövqelərdən danışıqlar apara bilsinlər.

Samel Babayan “Dağlıq Qarabağ prezidenti” olmaq iddiasındadır, lakin qondarma rejim onun “seçkilərdə” iştirakını əngəlləməyə çalışır. Babayan 2016-cı ildə Moskvadan Yerevana qayıdıb, daha sonra silahlı çevriliş hazırlamaq şübhəsi ilə həbs edilmişdi.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar