Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılar ayda 524 dollar qazanır - Siyahı açıqlandı



Azərbaycan 2014-cü ildə adambaşına düşən xalis aylıq gəlirləri ən yüksək səviyyədə olan ölkələrin reytinq siyahısında 104-cü yerdə qərarlaşıb


Bu barədə statistik informasiyalar toplayan "Nation Master" nəşri məlumat verib.

Toplanan məlumatlara görə, azərbaycanlılar vergiləri çıxmaq şərti ilə ayda orta hesabla 524 dollar qazanırlar.

2014-cü ildə xalis aylıq gəlirləri ən yüksək səviyyədə olan ölkə İsveçrə sayılıb. Bu ölkənin sakinləri ayda 6,3 min dollar vəsait əldə edirlər. Onların ardınca Lüksemburq sakinləri (4,4 min dollar) qərarlaşıb.

Kuba xalis qazanclara görə antirekord vurub. Kubalıların vergilər çıxıldıqdan sonra aylıq gəlirləri 25 dollar təşkil edir.

MDB ölkələri arasında göstəricilər belədir: Rusiya - 86-cı yer (686 dollar), Qazaxıstan - 94-cü yer (614), Belarus - 109-cu yer (502), Özbəkistan - 130-cu yer (360), Ukrayna - 132-ci yer (358) və Qırğızıstan - 136-cı yer (350).

Bununla yanaşı xəbər verilir ki, məlumatlar "Numbeo.com"un vətəndaşlar arasında apardığı sorğunun köməkliyi ilə əldə olunub. Təkcə 85 dövlət üçün statistika 100-dən artıq respondentin cavabları əsasında tərtib olunub. (report.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar