Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı Rusiyada deputat oldu

Azərbaycanlı Rusiyanın Tuva Respublikasının paytaxtı Qızılın şəhər şurasının 5-ci çağırışında deputat seçilib

Bununla bağlı Rusiya azərbaycanlılarının vahid informasiya portalı olan AZRU məlumat yayıb.

Tuva Respublikasının karate federasiyasının sədri, respublikanın yığma komandasının baş məşqçisi, məşhur idmançı və tanınmış ictimai xadim, Rusiyadakı Azərbaycan diasporunun fəalı Çingiz Əliyev Rusiya Federasiyasında qanunverici orqanlara keçirilən seçkilərdə deputatlıq adını qazanan Taleh Mahmudov (Krasnoyars), Bəhruz Qumbatov (İjevsk) və Əliş Məmmədovdan (Yakutiya) sonra dördüncü azərbaycanlı olub.

Çingiz İsaxan oğlu Əliyev 1982-ci ildə Gürcüstanın Qardabani rayonunda doğulub, 1999-cu ildən isə Tuva Respublikasında yaşayır. Müasir Humanitar Akademiyada hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.

Dəfələrlə Rusiya, dünya və Avropada keçirilən karate yarışlarında çempion olub və mükafatlar qazanıb, qara kəmər ustasıdır, Tuva Respublikasında karate federasiyasının banisidir.

Əlavə edək ki, həmyerlimiz Rusiya Federasiyasında keçirilən bir çox ictimai tədbirlərin təşəbbüskarı və təşkilatçısıdır. Çoxlu sayda təşəkkür məktubu, diplom və fəxri fərmanlarla təltif edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar