Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı olduğu deyilən gənc Rusiyada terror zamanı 100-dən çox insanı xilas edib

Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktı zamanı azərbaycanlı olduğu deyilən Kamil Nəsibov 100-dən çox insanı xilas edib...

Terror baş verən gün o, binada ofisiant işləyib və növbəsi 19:55-də başa çatıb.

 
“Çölə çıxdıq və güllə səsləri eşitdik. Əvvəlcə qorxsaq da, sonra qayıtmaq qərarına gəldik”, - Kamil bildirib.

O, güllə yarası almış bir neçə nəfəri yolun kənarına çıxarıb, yoldan keçən maşınları saxlayıb, yaralıları mindirib, konsertə gecikənlərin hamısını oradan uzaqlaşdırıb. Sonra binaya girib, qapıları sındırıb və insanlara harada çıxacaqlarını göstərib. Hər yeri qatı tüstü bürüyəndə isə aşağı mərtəbədəki dəhlizlərin birində bir qrup insanı - 80-ə yaxın adamı görüb və onlara çıxmağa kömək edib.

“İnsanları axtararkən yerdə fənəri yanan smartfona rast gəldim və yolu işıqlandırmaq üçün onu götürdüm. Telefon zəng çaldı - Kamilla adı yazılmışdı. Telefonu açdım və bir qızın qışqıraraq yardım istədiyini eşitdim. O, dəhşət içində idi, dedi ki, ətrafdakı hər şey yanır və özü də ikinci mərtəbədəki bir yerə yıxılıb”, - deyə Kamil əlavə edib.

Kamil bundan sonra ikinci mərtəbədə Kamillanı axtarıb:

“Üçüncü mərtəbə çökmüşdü. Yanğın çıxışları açılanda orada çoxlu cəsəd gördüm. Mən səndələyirdim, nəfəs ala bilmirdim”.

O, xüsusi təyinatlı əsgəri görüb və hər şeyi danışıb. Hərbçi onun vəziyyətini görüb binadan çıxarıb. Sonra isə qızın tapıldığını bildirib. Kamil daha sonra xilasedicilər vasitəsilə Kamillaya telefonunu qaytarıb. (oxu.az)

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”    

Ən çox oxunanalar