Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın rifah indeksi Gürcüstan və Ermənistandan niyə geridədir?

Politoloq: “Azərbaycanda hər şeyin gözəl olduğunu deyə bilmərik, amma 99-cu yerdə olmaq o qədər də inandırıcı görünmür”

“Açıqlanan reytinqdə xüsusən sosial və siyasi sifariş elementlər açıq görünür. Bu baxımdan yanaşmanı düzgün hesab etmirəm”.

Bu sözləri politoloq İlqar Vəlizadə Legatum Rifah İndeksinin açıqladığı sosial rifah reytinqinin nəticələrini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Məlumdur ki, Azərbaycanda sosial cəhətdən az müdafiə olunan vətəndaşlar kifayət qədərdir. Ölkədə sosial rifahın yaxşılaşdırılması adına bir sıra addımlar atılsa da, sosial rifahın istənilən səviyyədə olduğunu birmənalı qeyd etmək olmaz. Lakin buna baxmayaraq, Azərbaycanda dünyada sosial dövlət kimi tanınır. Azərbaycanın dövlət büdcəsi sosialyönümlü olsa da, beynəlxalaq təşkilatların açıqladığı sosial rifah reytinqlərində qonşu dövlətlərimizdən geridə qalmağımız maraq doğurur.

Belə ki, ötən il Amerikanın Social Progress Imperative təşkilatının açıqladığı dünyanın sosial cəhətdən ən mütərəqqi ölkələrinin siyahısında 130-a yaxın dövlət içərisində Azərbaycan 76-cı yeri tutub. Ekspertlər ölkələri tibb, sanitariya, həyat şəraiti, təhsil, texnologiyalardan istifadə, seçim və söz azadlığı, tolerantlıq və insan hüquqlarının müdafiəsi meyarlarına əsasən qiymətləndiriblər. Bu reytinqə əsasən ekspertlər 2025-ci ildən sonra Azərbaycanın sosial rifah dövlətinə çevriləcəyini öz proqnozlarında qeyd ediblər.

2018-ci il noyabrın 28-də isə Legatum Rifah İndeksi tərəfindən dünya rifah indeksi açıqlanıb. Legatum Rifah İndeksinin açıqlamasına görə, son 12 ildə dünyada firavanlıq ən yüksək səviyyəyə çatıb. Belə ki, son beş ildə dünyada 113 ölkədə rifah səviyyəsi yüksəlib və bu ölkələr indeksdəki ölkələrin 75 faizini əhatələyir. İndeks Asiya-Sakit Okean regionunun son 10 ildə ən sürətlə artdığını üzə çıxarıb. Burada orta və aşağı səviyyəli ölkələr rifah səviyyələrini sürətlə yaxşılaşdırıblar. Ən çox diqqəti çəkən isə Nepal, İndoneziya və Hindistandır. Açıqlanan indeksə görə 113 ölkə arasında Azərbaycan 99-cu yerdədir. Qonşulardan Ermənistan 88, Gürcüstan 80, Rusiya 96, İran 108-ci yerdədir.

Azərbaycanın iqtisadi resurslarının yüksək olmasına baxmayaraq, Ermənistan və Gürcüstandan geri qalması nəylə əlaqəli ola bilər? Digər tərəfdən Ermənistan və Gürcüstanın rifah indeksinin Rusiyadan da irəlidə olması nə qədər inandırıcıdır?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

İlqar Vəlizadə: “Əslində ölkələrin reytinqini hazırlayan bu cür təşkilatlar hansısa sifarişlərə əsasən hesabat hazırlayırlar”.

Ölkələrin sosial rihafı və inkişafının vəziyyəti ilə məşğul olan beynəlxalq təşkilatların hesabatlarının social və siyasi sifarişlər əsasənda həyata keçirildiyini bildirən politoloq İlqar Vəlizadəyə görə, bu baxımdan Legatum Rifah İndeksinin reytinqi də inandırıcı deyil:

“Əslində beynəlxalq təşkilatların bu cür açıqlamalarına şübhə ilə yanaşıram. Çünki onların kriteriyaları qeyri-məlumdur.

Bu təşkilatlar insanların əhvalını ölçən hansısa riyazi metodlarla orta məxrəcə gəlir və yekun nəticəni üzə çıxarırlar.

Bu baxımdan prinsip müəmmalıdır. Bütün hallarda mən Ermənistanda olmamışam, ancaq Ermənistanın öz statistikasına əsasən hər il ölkədən köçənlərin sayı təxminən 50 min nəfər civarındadır. Yəqin ki, insanlar öz ölkələrindəki sosial rifahdan məmnun olsaydılar, başqa ölkələrə köçməzdilər. Ermənistan əhalisinin çoxu Rusiyaya köçüb. Əgər Rusiyada vəziyyət yaxşı deyilsə, ora köç edilməzdi.

Nəzərə alsaq ki, Ermənistan əhalisi rəsmi rəqəmlərə görə 3 milyon nəfərə çatmır. 1977-ci ildə Ermənistan əhalisinin sayı 3 milyon nəfərə yaxın idi, lakin üstündən 40 il keçməsinə rəğmən vəziyyətdə dəyişiklik hiss olunmur. Bu ölkədə normal yaşayış təminatı olsaydı, əhalinin sayında da artım hiss olunardı.

İlqar Vəlizadə: “Ermənistan əhalisinin çoxu Rusiyaya köçüb. Əgər Rusiyada vəziyyət yaxşı deyilsə, ora köç edilməzdi”.

Gürcüstana gəlincə, dəfələrlə bu ölkədə olmuşam. Bizim insanlarımızın demək olar ki, çox hissəsi Gürcüstanda olub. Gürcüstanda insanlarla təmasda olarkən əsasən işsizliklə bağlı şikayətlər edirlər və əhalinin böyük bir hissəsi işsizdir. Bu baxımdan onların yaşayış tərzi azərbaycanlıların orta yaşayış tərzindən çox fərqlidir.

Ümumimlikdə isə beynəlxalq təşkilatların reytinqinin nə dərəcədə obyektiv hesablanması məlum deyil. Azərbaycanda hər şeyin gözəl olduğunu deyə bilmərik, amma 99-cu yerdə olmaq o qədər də inandırıcı görünmür. Çünki siyahıda bir sıra Afrika ölkələri də var və düşünmürəm ki, onlardakı vəziyyət daha yaxşıdır.

Əslində ölkələrin reytinqini hazırlayan bu cür təşkilatlar hansısa sifarişlərə əsasən hesabat hazırlayırlar. Burada xüsusən sosial və siyasi sifariş elementləri açıq görünür. Bu yanaşmanı düzgün hesab etmirəm. Əgər hesabat obyektiv aparılsaydı, Rusiyanın özü də ön sıralarda olardı. BMT-nin hesabatlarına baxsanız, ən acınacaqlı vəziyyət Afrikada müşahidə olunur”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Ən çox oxunanalar