Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda xaricilərə 41 uşaq verilib


Xarici vətəndaşlar fiziki qüsurlu uşaqları övladlığa götürməyə önəm verir


 Son 7 ildə 41 uşaq xarici vətəndaşlara övladlığa verilib. ANS TV-nin məlumatına görə, Azərbaycanda ötən il 962 uşaq övladlığa verilib. Övladlığa götürülən uşaqlardan bir yaşa qədər olanların sayı 204, 1-5 yaşda olanların sayı isə 429-dur. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Mövsümova deyir ki, 2007-ci ildən bu günə kim 41 uşaq xarici vətandaşlara övladlığa verilib. Övladlığa götürənlərin çoxu Rusiyada yaşayan azərbaycanlılardır. 

Yerli vətəndaşlarla yanaşı xarici vətəndaşlara da övladlığa verilən uşaqlar çox olub. Ən çox isə fiziki qüsurlu uşaqlar xarici ailələrə verilib. Çünki yerli ailələr belə uşaqları övladlığa götürməkdən imtina edirlər. Amma xarici vətəndaşlar fiziki qüsurlu uşaqları övladlığa götürməyə daha çox önəm verirlər. 

Öz doğma valideyinlərinin qayğısından fiziki qüsurlu olduqları üçün mərhum olan körpələr, mərhəməti xarici ailələrdə tapırlar. Onun sözlərinə görə, 3 yaşlı uşaqları, əsas da oğlan uşaqları övladlığa götürənlər daha çoxdur.

Son bir ildə bir yaşı hələ tamam olmayan uşaqların övladlığa götürülməsi qərarı ləğv olunub. Ailələrdə aparılan araşdırma zamanı məlum olub ki, elə ailələr var ki, onlar bu yaşda uşağa normal baxmaq iqtidarına deyil.

1-5 yaşda olan uşaqların övladlığa götürülməsi ilə bağlı 6 qərar, 11-17 yaşda övladlığa götürülən uşaqlarla bağlı isə 46 qərar ləğv olunub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar