Şənbə, 08 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda inflyasiya açıqlandı - Qiymətlər artır...

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-fevral aylarına nisbətən 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,3 faiz artıb.

Cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz, əvvəlki ilin fevral ayına nisbətən 4,2 faiz artmışdır.

2021-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 5,2 faiz artmışdır.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2021-ci ilin fevral ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, əvvəlki ilin fevral ayına nisbətən 3,7 faiz yüksəlmişdir. Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtaların, sementin, kərpicin, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2021-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2 faiz, əvvəlki ilin fevral ayına nisbətən 3,3 faiz artıb. Cari ilin fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması əhali qrupu üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması, habelə paltarların təmiri, ictimai iaşə, tibbi və stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolların qiyməti ilə bağlı önəmli xəbər: Bu tarixdə devalvasiya gözlənilir?

Putinin Qərb təhdid mesajı: Rusiya Qərb ölkələrini vurmaq üçün kimlərə silah verəcək?..

Hər şeydən narazı olan ermənilər indi də Almatı Bəyannaməsindən narazıdırlar...

Komitə sədri: "Orta aylıq əməkhaqqı 990 manat olacaq"

Dövlət qurumu kartdan-karta köçürmələrə dair xəbərdarlıq etdi

Gəncədə ov tüfəngi ilə vurulan Kəlbəcər sakini xəstəxanada ölüb --Yenilənib

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb, gündəlikdə 13 məsələ var

Azərbaycanda nikahın bağlanmasına mane olacaq daha bir hal müəyyənləşir    

Bloomberg: Rusiyanın qazancı Çin üçün ağrıya çevrilir

Millimizin Ermənistanla oyununun başlama vaxtı dəqiqləşdi

Doğuşdan sonra həyatını itirən qadınla bağlı rəsmi açıqlama

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə rəis təyin edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay