Şənbə, 08 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycana saxta dərman gətirənlərin işi çətinləşir – Qanun dəyişir

Azərbaycanda keyfiyyətsiz və saxta dərman vasitələrinin istehsalı, idxalı və satışına qarşı mübarizə gücləndirilir

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 38-ci maddəsinə (Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azadetmə) edilən dəyişikliyə əsasən, keyfiyyətsiz və saxta dərman vasitələrinin istehsalı, idxalı və satışı da inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək inzibati tənbeh verilən hallar sıyahısına daxil edilir.

Belə ki, hazırda dərman vasitələri ilə bağlı inzibati xəta törədildiyi gündən üç ay keçəndən sonra şəxs məsuliyyətdən azad olur.

Məcəlləyə dəyişikliyin məqsədi keyfiyyətsiz və saxta dərman vasitələrinə qarşı mübarizənin səmərəliliyini artırmaqdır. Belə ki, üç ay müddəti dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətaların araşdırılması üçün yetərli olmadığından layihədə həmin inzibati xətalar üzrə müddətin bir ilədək uzadılması təklif olunur.(Trend)

pia.az


Etiket: Saxta dərman

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolların qiyməti ilə bağlı önəmli xəbər: Bu tarixdə devalvasiya gözlənilir?

Gəncədə ov tüfəngi ilə vurulan Kəlbəcər sakini xəstəxanada ölüb --Yenilənib

Putinin Qərb təhdid mesajı: Rusiya Qərb ölkələrini vurmaq üçün kimlərə silah verəcək?..

Hər şeydən narazı olan ermənilər indi də Almatı Bəyannaməsindən narazıdırlar...

Komitə sədri: "Orta aylıq əməkhaqqı 990 manat olacaq"

Dövlət qurumu kartdan-karta köçürmələrə dair xəbərdarlıq etdi

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb, gündəlikdə 13 məsələ var

Azərbaycanda nikahın bağlanmasına mane olacaq daha bir hal müəyyənləşir    

Bloomberg: Rusiyanın qazancı Çin üçün ağrıya çevrilir

Millimizin Ermənistanla oyununun başlama vaxtı dəqiqləşdi

Doğuşdan sonra həyatını itirən qadınla bağlı rəsmi açıqlama

Ağdaşda bələdiyyə sədri və MMC direktoru həbs edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay