Şənbə, 24 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Somali arasında əməkdaşlıq məsələləri müzakirə olunub - Yenilənib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının XIX Zirvə Görüşü çərçivəsində Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri vəzifələrini icra edən dövlət naziri Əli Məhəmməd Ömər ilə görüşüb...

XİN-dən Poliqon-a bildirilib ki, görüş zamanı Azərbaycan və Somali arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

C.Bayramov, iki ölkənin coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı təmaslar və əməkdaşlığın münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Somali tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyə görə təşəkkür ifadə olunub.

Təhsil sahəsində ölkəmiz tərəfindən İslam Əməkdaşlıq Təşkilatı və QH-ya üzv dövlətlərdən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrıldığı, həmçinin sözügedən proqramlarda Somalidən tələbələrin aktiv iştirakı qeyd edilib.

Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri vəzifələrini icra edən dövlət naziri Əli Məhəmməd Ömər Azərbaycanın QH-ya sədrliyi dövründə göstərdiyi səylərə, xüsusilə COVID-19 pandemiyası, habelə postpandemiya dövründə Hərəkat üzvləri arasında əlaqələndirmənin gücləndirilməsi istiqamətində təşəbbüslərin irəli sürülməsi ilə bağlı təşəkkür edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov somalili həmkarı Əli Məhəmməd Ömər ilə görüşüb.

Poliqon xəbər verir ki, bu barədə XİN-in X sosial şəbəkəsindəki səhifəsində deyilir.

Görüş Uqandada keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 19-cu Zirvə Toplantısı çərçivəsində baş tutub.

Tərəflər regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər -Yenilənib

İsrail döyüş təyyarələri Livanı vurub, həlak olanlar var

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

“Raykomdan deyirdilər ki, Qazax tərəfə getməyin, ermənilər əli silahlı yolda hazır durublar” - Qərbi Azərbaycan Xronikası

Göygöldə yük və minik avtomobilləri toqquşub  

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Ən çox oxunanalar