Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Oman XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycan Respublikası və Oman Sultanlığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 5-ci raundunda iştirak etmək məqsədilə dekabrın 10-da Oman Sultanlığında səfərdə olub...

Azərbaycan Xarici İşlər Nazirliyindən Poliqon-a bildirilib ki, siyasi məsləhətləşmələrdə Oman Sultanlığının nümayəndə heyətinə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini şeyx Xəlifə bin Əli Əl-Harisi rəhbərlik edib.

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi-ticarət, enerji, humanitar, parlamentlərarası əlaqələr sahələrində ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan və Oman arasında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, ticarət dövriyyəsinin həcminin artırılmasına dair fikir mübadiləsi aparıb və parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

Görüş zamanı Azərbaycanla Oman arasında əməkdaşlığın müxtəlif aspektlərini əhatə edən və həllini gözləyən məsələlərlə bağlı işlərin sürətləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi və iki dost ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi barədə razılıq əldə olunub.

Tərəflər iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar.

Oman xarici işlər nazirinin müavini ölkəsinin Körfəz Əməkdaşlıq Şurası çərçivəsində də Azərbaycanla faydalı əməkdaşlıq edəcəyinə inamını ifadə edib.

Görüşdə Azərbaycan və Oman arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb.

Azərbaycan xarici işlər nazirinin müavini omanlı həmkarını Cənubi Qafqaz regionunda postmünaqişə dövründə gedən proseslər, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin gedişatı barədə məlumatlandırıb.

Y.Rəfiyev Azərbaycanın qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirdiyini və ölkəmizdə yaxın gələcəkdə keçiriləcək qlobal əhəmiyyətli beynəlxalq tədbirlərdə Oman tərəfinin də yüksək səviyyədə iştirak edəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket: XİN Oman


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Sumqayıtda yanğında ölən qadının kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar