Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Regional məsləhət qrupunun rəhbəri seçilib

Azərbaycan 3 il müddətinə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) dabaq xəstəliyi üzrə Regional məsləhət qrupunun rəhbəri seçilib...

“Report” xəbər verir ki, bu barədə “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq üzrə yol xəritəsi” mövzusunda Bakıda keçirilən beynəlxalq tədbirdə qərar qəbul edilib. Azərbaycanda son illər heyvan sağlamlığının təmin olunması, həmçinin baytarlıq nəzarəti sahəsində həyata keçirilən tədbirlər və bu istiqamətdə mütərəqqi sistemin formalaşması ilə bağlı əldə olunmuş müsbət nəticə əsas götürülərək 14 ölkənin baytarlıq təşkilatlarının rəhbər heyəti və ÜHST, FAO ekspertləri tərəfindən belə bir qərar qəbul olunub.

Tədbirdə bildirilib ki, hazırda Mərkəzi Asiya regionuna daxil olan 14 ölkə dabaq xəstəliyinə görə qeyri-sağlamdır. ÜHST-nin və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təşəbbüsü ilə xəstəlikdən azad olunmaq üçün mərhələli mübarizə planı tətbiq edilir. Belə ki, xəstəliklə mübarizə səviyyəsinə görə ölkələr 1-dən 5-ə qədər mərhələlər üzrə qiymətləndirilir. Hər mərhələnin isə öz göstəriciləri var. Xüsusi tədbirlər tətbiq olunduqdan sonra ölkələr bir mərhələdən digərinə keçir. Növbəti 3 il ərzində ölkələr üzrə qiymətləndirmə Azərbaycanın rəhbərliyi ilə həyata keçiriləcək və bu barədə ÜHST-yə hesabat veriləcək. Hesabat qrupa üzv olan müstəqil ekspert və mütəxəssislərin iştirakı ilə hazırlanacaq. Həmçinin bu müddətdə ölkəmizin rəhbərliyi ilə təlimlərin, simulyasiya məşqlərinin, məlumat yayımının və digər bu kimi məsələlərin icrası koordinasiya ediləcək.

Qeyd edək ki, Bakıda təşkil olunan xırdabuynuzlu heyvanların taunu xəstəliyinə (PPR) və dabaq xəstəliyinə dair regional məsləhətləşmənin məqsədi PPR və dabaq üzrə fəaliyyət planını, onun əsas elementlərini təqdim etmək, həmçinin ECO regionunda PPR-nin aradan qaldırılmasında irəliləyişə nail olmaq üçün prioritet addımları və yanaşmaları müəyyən etməkdən ibarətdir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay