Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan millisinin daha bir boksçusu Tokio-2020-yə lisenziya qazanıb

Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

Bu uğura boksçu Lorenzo Sotomayor imza atıb.

O, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində fərqlənib. 69 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda belaruslu Aleksandr Radionov qalib gəlib.

Bu qələbə həm 1/2 finala, həm də Tokio-2020-yə vəsiqə üçün yetərli olub.

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 27-yə çatıb. Sotomayor bu siyahıda dördüncü boksçudur. Onadək Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Alfonso Dominqes (81 kq) də bu hüquqa yiyələnib.

Boksçulardan başqa, idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçülər Maksim Şemberevlə Ramil Vəlizadə, güllə atıcısı Ruslan Lunyov, sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq), yunan-Roma güləşçiləri Rafiq Hüseynovla (77 kq) İslam Abbasov (87 kq), qadın güləşçilər Mariya Stadniklə (50 kq) Elis Manolova (68 kq), taekvondoçular Fəridə Əzizova (67 kq) ilə Milad Beiqi Harçeqani (80 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq), qılıncoynadan Anna Başta (sablya), badmintonçu Edi Reski Dviçayo da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də Elçin Əsədova iştirak hüququ verilib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Bakıda keçiddəki məşhur ticarət mərkəzi bağlandı - Foto

Ən çox oxunanalar