Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Cənubi Qafqazda ABŞ-ın strateji tərəfdaşına çevrilə bilərmi?

Erməni politoloq Azərbaycanda prezident İlham Əliyevin Vaşinqtona səfərini hazırlandığını bildirib

Politoloq: “ABŞ Azərbaycan ərazisindən və Xəzərdən Mərkəzi Asiyaya nüfuz etmək istəyir”

ABŞ çalışır ki, Qarabağ münaqişəsi həll olunmaqla, Rusiya Ermənistandan çıxsın, regionda Vaşinqtonun istədiyi bir təhlükəsizlik modeli yaransın”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə erməni politoloq Suren Sarkisyanın yaydığı məluamta əsasən, prezident İlham Əlieyvlə Trampın tuta biləcək görüşünü şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Erməni politoloq, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Rusiya və Cənubi Qafqaz regionuna səfərinə dair ilk məlumatı yayan Suren Sarkisyan bildirib ki, Azərbaycanda prezident İlham Əliyevin Vaşinqtona səfərini hazırlayırlar və səfər çərçivəsində İlham Əliyevin Ağ evdə Trampla görüşü olacaq.

Azərbaycanda prezident Əliyevin Vaşinqtona səfərini hazırlayırlar, həm də mümkün qədər tez. Görünən odur ki, Tramp-Əliyev görüşü artıq təsdiqlənib. Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq müqaviləsi imzalamaq istəyir”, deyə Suren Sarkisyan “facebook” səhifəsində qeyd edib. Erməni politoloq vurğulayıb ki, Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq müqaviləsi imzalamaq istəyir.

Azərbaycanın ABŞ-la strateji əməkdaşlıq müqaviləsi imzalaması mümkündürmü və belə bir müqavilə Cənubi Qafqazın geosiyasi durumuna necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazdənin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə: “Gürcüstan və Ermənistan ABŞ üçün potensial olaraq önəmli ölkə deyil”.

ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığının kökündə öz hegemonluğunu Cənubi Qafqazda da yeritməkdən ibarət olduğunu qeyd edən politoloq Məhəmməd Əsədullazadəyə görə, mövcud vəziyyətdə Azərbaycanın Vaşinqtonla strateji əməkdaşlıq müqaviləsi imzalanacağı gözlənilmir:

ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona səfəri, Rusiyanın arxa bağça hesab etdiyi Cənubi Qafqaza səfəri xüsusi əhəmiyyət kəsb edir. İlk əvvəl səfərini Moskvaya edən Bolton Kremlin Cənubi Qafqazla bağlı siyasəti ilə tanış olduqdan sonra regiona səfər edəcək. Məqsəd ABŞ-ın yeni xarici siyasətinin detallarını üç ölkənin diqqətinə çatdırmaq və Vaşinqtonun təsirlərini artırmaqdır.

Qeyd edim ki, Gürcüstan və Ermənistan ABŞ üçün potensial olaraq önəmli ölkə deyil. Çünki regionun açar ölkəsi Azərbaycandır. Vaşinqtonun əsas strateji yanaşması Azərbaycanla sıx əlaqələri möhkəmləndirmək, enerji və terrorizmlə bağlı mübarizədə əlaqələri daha da inkişaf etdirməkdir. Azərbaycan Rusiyaİranla həmsəddir. Bundan əlavə, Xəzər dənizi ilə də ümumi sərhəddə malikdir.
ABŞ məhz Azərbaycan ərazisindən və Xəzərdən Mərkəzi Asiyaya nüfuz etmək və öz hərbi kontingentini, lojistikasını Əfqanıstana daşımaq üçün bu marşutdan istifadə edir. Həm də İranRusiyanın Azərbaycanla balanslaşdırılmış siyasəti var. Ona görə də Vaşinqtonun Azərbaycana daha da diqqətinin artmasında müəyyən nüanslar sezilir.

Məhəmməd Əsədullazadə: “Con Bolton ABŞ-ın yeni strateji xəttini gətirir və bu xətlə AzərbaycanABŞ arasında əməkdaşlığın yeni modelinə keçiriləcək”.

Bir tərəfdən ABŞ-ın Ermənistandakı səfiri Milizin Qarabağ münaqişəsi barədə qeyd etdikləri işğal olunmuş ərazilərin qaytarılmasını açıq qeyd etməsi də bu siyasətin göstəricisidir. Con Bolton məhz Azərbaycanla enerji və terrora qarşı mübarizədə ABŞ-la sıx strateji əlaqələrə malikdir. Ermənistan ABŞ üçün hər hansı sahədə maraqlı və əməkdaşlıq edəcək bir sahə yoxdur.

ABŞ çalışır ki, Qarabağ münaqişəsi həll olunmaqla, Rusiya Ermənistandan çıxsın, regionda Vaşinqtonun istədiyi bir təhlükəsizlik modeli yaransın. Bu təhlükəsizlik modelinə qarşı Ermənistanın işğal faktorudur. Azərbaycan Vaşinqtonla geniş sahələri əhatə edəcək əməkdaşlıq formatları var.

Amma indiki situasiyada Vaşinqtonun ölkəmizlə strateji əməkdaşlıq müqaviləsi bağlamasına gedəcəyi gözlənilmir. İlk növbədə bu, Rusiyanın açıq aqressiyasının ölkəmizə tuşlanmasına səbəb olar. Hələ ki, Con Bolton ABŞ-ın yeni strateji xəttini gətirir və bu xətlə AzərbaycanABŞ arasında əməkdaşlığın yeni modelinə keçiriləcək”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Ən çox oxunanalar