Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstraliyalı milyarder “Titanik”in surətini inşa edəcək

Avstraliyalı milyarder Klayv Palmer ilk səyahəti zamanı batan məşhur okean layneri “Titanik”in surətini inşa edəcəyini açıqlayıb...

Poliqon xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.

Palmer hesab edir ki, yeni “Titanik” ona 500 milyonla 1 milyard Avstraliya dolları arasında başa gələcək. Hər şey plana uyğun getsə, gəmi 2027-ci ilin iyununda suya buraxılacaq. Bundan sonra milyarder laynerlə Sauthemptondan Nyu-Yorka ölümcül səfəri təkrar edəcəyinə söz verib. Qeyd edək ki, “Titanik” 1912-ci ildə aysberqlə toqquşma ilə nəticəsində batıb.

70 yaşı tamam olmaq üzrə olan Palmer həyatını boş yerə sərf etdiyinə inanır.

“Ona görə də mən “Titanik”i yenidən inşa etmək istəyirəm. Mən bunu edəcəm. Çünki “Titanik” inşa etmək evdə oturub pul saymaqdan daha əyləncəlidir”, deyə milyarder bildirib.

Xatırladaq ki əvvəllər də milyarder artıq yeni “Titanik” inşa etmək üçün cəhdlər edib. O, bu niyyətini ilk dəfə təxminən on il əvvəl bəyan edib. 2015-ci ildə layihə üzrə işlər podratçı ilə mübahisə səbəbindən dayandırılıb. 2018-ci ildə Palmer tikintini 2022-ci ilə qədər başa çatdıracağına söz versə də, bu baş vermədi. Milyarder gecikmənin səbəbini COVID-19 pandemiyası ilə əlaqələndirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar