Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstraliya ABŞ-dan tələb edir: Bu məsələ çox uzandı, artıq bəsdir...

Avstraliya hakimiyyəti "WikiLeaks"in qurucusu Culian Assancın ABŞ-da mühakimə olunmasını dəstəkləmir...

Poliqon Fox News telekanalına istinadən xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albanese deyib.

Onun sözlərinə görə, Kanberra avstraliyalı jurnalistə qarşı bütün ittihamların götürülməsini tələb edir. Bu ittihamlara görə, onu 175 il həbs cəzası gözləyir.

“Biz Assancla bağlı öz fikrimizdə və Amerika hökuməti qarşısındakı təmsilçiliyimizdə möhkəm qalırıq və bunu davam etdirəcəyik. Bu çox uzun müddət davam etdi. Artıq bəsdir", deyə Albanese bildirib.

Assanc 2010-cu ildə ABŞ da daxil olmaqla müxtəlif hökumətlərin məxfi materiallarını dərc etməklə məşhurlaşıb. Artıq bir neçə ildir ki, Vaşinqton onun 2019-cu ilə qədər Ekvador səfirliyində təqiblərdən gizləndiyi Böyük Britaniyadan ekstradisiyasını tələb edir. ABŞ-da Assancı məxfi məlumatları dərc etdiyinə görə 175 ilə qədər həbs cəzası gözləyir. 2022-ci ildə Böyük Britaniya Daxili İşlər Nazirliyi bir jurnalistin ekstradisiyasını təsdiqləyib. O, 2023-cü ilin yayından Londonda yerləşən maksimum təhlükəsizliyin təmin olduğu həbsxanasındadır və İngiltərənin qərarına məhkəmədə etiraz etməyə çalışır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar