Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı yeni sistemə keçir: Şəxsiyyət və sürücülük vəsiqələrindən imtina ediləcək

Rəqəmsal pulqabı sahibinin istəyi ilə məlumatları gizlətmək funksiyasına malik olacaq...

Avropa İttifaqı bütün kağız və plastik sənədlərdən, xüsusən sürücülük və şəxsiyyət vəsiqələrindən imtina etməyə imkan verəcək rəqəmsal pulqabı hazırlayır.

Bildirilir ki, əvvəlki rəqəmsal pulqabı tətbiqi üzərində iş artıq başa çatıb və sınaqdan keçirilməsinə başlanıb.

Məlumata görə, rəqəmsal pulqabı sahibinin istəyi ilə məlumatları gizlətmək funksiyasına malik olacaq, yəni kimə hansı məlumatı göstərməyi şəxs özü seçəcək.

“Məsələn, yol polisi sizi saxlasa, sizin şəxsi kodunuz və adınızla tanış olmaq hüququ var, barda isə qapıçının sizin harada yaşadığınızı, şəxsi kodunuzu, doğum tarixinizi və ya adınızın nə olduğunu bilməsinə ehtiyac yoxdur. Sadəcə, 18 yaşdan yuxarı olmağınızı görməlidir”, - deyə Estoniya Dövlət İnformasiya Sistemi Departamentinin (RIA) eksperti Mark Erlix izah edib.
Erlixin sözlərinə görə, 2025-ci ilin sonuna qədər Aİ ölkələrinin rəqəmsal pulqabıdan istifadə etməyə başlaması üçün hazırda heç bir maneə yoxdur.(Rubrika)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar