Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatı: Mariya Stadnik mübarizəyə başlayır

Polşadan paytaxtı Varşavada keçirilən Avropa çempionatında bu gün qadın güləşçilər mübarizəyə başlayacaq.

PİA.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən 3-ü döşək üzərinə çıxacaq.

2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) ilə Səbirə Əliyevanın (76 kq) ilk görüşü 1/4 final mərhələsinə təsadüf edəcək. Elis Manolova (68 kq) isə mübarizəyə 1/8 finaldan başlayacaq.

Stadnik Rusiya, Əliyeva Estoniya, Manolova isə İsveç təmsilçisi ilə görüşəcək. Qadın güləşçilərdən Tatyana Varansova ilə İrina Netreba isə növbəti gün xalça üzərinə çıxacaq.

Avropa çempionatı
Qadın güləşi

21 aprel

50 kq
1/4 final: Mariya Stadnik - Yekaterina Poleşçuk (Rusiya)

68 kq
1/8 final: Elis Manolova - Tindra Syoeberq (İsveç)

76 kq
1/4 final: Səbirə Əliyeva - Epp Maee (Estoniya)

Bu gün eyni zamanda sərbəst güləşin 5 çəki dərəcəsi üzrə təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Əhmədnəbi Qvarzatilov (61 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) təsəlliverici, Osman Nurməhəmmədov (92 kq) bürünc medal görüşünə çıxacaq.

61 kq

Təsəlliverici görüş: Əhmədnəbi Qvarzatilov - Vladimir Yeqorov (Makedoniya)

86 kq

Təsəlliverici görüş: Hacımurad Məhəmmədsəidov - Nazim Amin (San-Marino)

92 kq

Bürünc medal görüşü: Osman Nurməhəmmədov - Andril Vlasov (Ukrayna) / Radoslav Marçinkieviç (Polşa) cütünün qalibi

Qeyd edək ki, seçmə mərhələ və təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar