Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avrasiya İqtisadi Birliyinə Ermənistan lazımdı?


“Bu liderlər üçün Serj Sarkisyan mövcud deyil” - Deutsche Welle



“Bu liderlər üçün Serj Sarkisyan mövcud deyil” - Deutsche Welle

Ermənistan Avrasiya İqtisadi Birliyinə lazımdır. Bəs nədən Serj Sarkisyan bu qurumun iclaslarına dəvət edilmir?”. 

AzNews.az xəbər verir ki, bu suala cavab tapmaq üçün Almaniyanın “Deutsche Welle” qəzetinin müxbiri İrəvan şəhərində araşdırma aparıb. 

Ermənistanın Avrasiya İqtisadi Birliyinə qəbul edilməsindən artıq 3 ay keçib. Ancaq bu 3 ay ərzində yenə də bir çox suallar cavabsız qalır. 

Serj Sarkisyan Moskvanın təhdidlərindən söz açıb. Mart ayının 18-də İrəvan şəhərində keçirilən mediaforumda o, Moskva jurnalistinin sualına cavab verərkən deyib ki, Rusiyanın Azərbaycana silah satması onu bərk narahat edir. 

Sarkisyanın fikrincə, sərhəddə duran erməni əsgər bilir ki, onu Rusiya silahı vasitəsilə öldürmək istəyirlər. 

Mart ayının 21-də isə Sarkisyan “France Presse” agentliyinə verdiyi müsahibəsində bildirib ki, Putin aprel ayının 24-də “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı keçiriləcək tədbirə qatılmayacaq. 

Mart ayının 20-də Sarkisyan Astanaya dəvət edilməmişdi, ancaq onun həmkarları Putin, Nazarbayev və Lukaşenko o görüşdə Valyuta Birliyini müzakirə etmişdilər. 

Ermənistanı bilərəkdənmi oyundan kənarda saxlayırlar?

Ermənistan parlamentinin spikeri isə Astana görüşü ilə bağlı deyib ki, o tədbir Avrasiya İqtisadi Birliyinin tədbiri olmayıb. 

Bu fikir isə erməni siyasətçiləri tərəfindən ciddi tənqid edilib. 

Mart ayının 27-də “Ermənistan Milli Konqresi” müxalifət partiyası fraksiyasının katibi Aram Manukyan vurğulayıb ki, Rusiya, Qazaxıstan və Belarus liderləri üçün Serj Sarkisyan mövcud deyil.

Belə çıxır ki, Ermənistana həbsxana paltarı geyindiriblər. 

Ermənistanın Siyasi Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Ruben Meqrabyan isə qeyd edib ki, Ermənistanı çoxları Avrasiya İqtisadi Birliyinin “yoxsul qohumu” və yaxud “5-ci təkər”i adlandırırlar: “Ancaq bu, belə deyil. Vəziyyət göründüyündən də daha pisdir. İrəvanı həbsxananın tək kamerasına salıblar. Ermənistan Rusiya üçün regiona təsir etmək üçün bir meydançadır. Hazırda xarici investorlar Ermənistana sərmayə qoymurlar. Ermənistan mallarının Rusiyaya ixracı ilin əvvəlindən 4 dəfə aşağı düşüb. Bunun qarşılığında rəsmi Moskva ermənilərin Rusiyaya miqrasiyasını asanlaşdırırlar”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Ən çox oxunanalar