Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ata-anasını öldürən şəxslə bağlı rəsmi açıqlama


Baş Prokurorluq oktyabrın 4-də Tərtər rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb


Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, Cəmilli kənd sakini, 1988-ci il təvəllüdlü Qurban Nəsibovun valideynlərini qəsdən öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 
Fakta görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
 
Aparılmış istintaq zamanı 2013-cü ildən Tərtər Mərkəzi Rayon Xəstəxanasında “Reaktiv paranoid psixoz” diaqnozu ilə dispanser qeydiyyatında olan və əvvəllər məhkum edilmiş Qurban Nəsibovun qeyd edilən tarixdə yaşadıqları evdə şəxsi münasibətlər zəminində atası Xanbaba Nəsibovu və anası Nazlı Nəsibovanı yatdıqları çarpayıda küt alətlə vuraraq qəsdən öldürməsində əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb edilib. Q.Nəsibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Hazırda iş üzrə istintaq davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Erməniləri narahat edən və qorxudan xəritə - Foto

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar