Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arxalıq bu payız dəbin zirvəsini fəth edəcək - Foto

Payız-qış moda şoularının podiumlarında görünən arxalıqlar bu mövsüm trend olmağa iddialıdır...

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, simvolik olaraq bu geyim parçası "Taxt oyunları" serialının davamı olan "Əjdaha Evi" seriyasının nümayişi ərəfəsində mövsüm kolleksiyaların öz yerini aldı. Dizaynerlərin çoxu həqiqətən fantaziya dünyasına qərq olmağı və bu payız özümüzü məşhur dastanın güclü qəhrəmanları kimi hiss etməyi təklif edirlər. Yeri gəlmişkən, arxalıq erkən orta əsrlərə aiddir və bilavasitə cəngavər geyimidir.

"Valentino"da dizayner Pyerpaolo Piççoli düşərgə geyiminin müasir şərhini təklif edir. O, parlaq çəhrayı arxalığı eyni rəngli şalvarla təqdim edərək orijinal və çox zərif gecə obrazı yaradıb.

"Gabriela Hearst" standart bağlayıcı əvəzinə lentlə bağlanan uzun arxalıq təklif edir və onu təkrəng trikotaj dəstlə geyinməyi məsləhət görür. Belə bir dəst səyahət və ya uzun bir iş günü üçün olduqca əlverişlidir.

Bununla belə, bu mövsümdə daha avanqard versiyalara da rast gəlmək olar. Ən yaxşısını "Bevza" moda evinin kolleksiyasında görə bilərik. Brend ağ-qara rəngdə baramaları xatırladan, küləyə və yağışa davamlı bir neçə modeli nümayiş etdirib. İlk şaxtaların başladığı günlərdə belə arxalıq həm mükəmməl görünəcək, həm də sizi havanın soyuğundan qoruyacaq.

Dizaynerlərin başqa bir etibarlı ilham mənbəyi Britaniya kral ailəsinin qüsursuz tətil obrazları olub. Tikiş və funksionallığına görə, qış yürüşlərində onlar bir qayda olaraq arxalıq modellərinə yönəlirlər. Arxalıq həm də mövsümün ən dəbli uzunboğaz çəkmələri və kazak adlanan ayaqqabı modelləri ilə əla uyğunlaşır. (publika.az)

Fotolar

pia.az


Etiket: moda payız


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranın hökumət nümayəndə heyəti Raisi helikopterinin sərt eniş etdiyi yerə gedib - Yenilənib

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Ferstappen Emiliya-Romanya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Ən çox oxunanalar