Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arpadarainin dairəsində altı məntəqənin nəticəsi ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail Seçki Dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxılıb...

Bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov məlumat verib.

R. İbrahimov bildirib ki, B. Hacıyev şikayətində səsvermənin nəticəsinin seçicilərin iradəsini əks etdirməyi üçün həmin dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib: “Şikayət Ekspert Qrupu tərəfindən araşdırılıb. Bəxtiyar Hacıyev müraciətində araşdırmada iştirak etmək istədiyini də bildirib. Araşdırma 3 istiqamətdə aparılıb: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və Dairə Seçki Komissiyasından alınan protokollar. Şikayət Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə araşdırılıb”.

R. İbrahimov qeyd edib ki, B. Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv etməsini tələb edib: “Namizəd MSK-ya və DSK-ya təqdim etdiyi əlavələrdə məntəqə seçki komissiyasından əldə edilmiş protokollar təqdim edib. Bu protokollar rəsmi protokollardan fərqlidir. Bu araşdırma 25 protokolu əhatə edir. Lakin həmin protokollardan, sadəcə, 9-u orijinal protokollarla eynilik təşkil edir”.

R. İbrahimov nəzərə çatdırıb ki, aparılmış araşdırmanın nəticəsi olaraq, göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradılan faktlar var. Buna görə də bu seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılmalıdır.

MSK 29 saylı Səbail Seçki dairəsinin 1, 5, 9, 11, 17, 25 seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul etməklə, şikayəti qismən təmin edib.  Qeyd edək ki, həmin dairənin lider namizədi Nigar Arpadaraidir. (oxu.az)

pia.az


Etiket: MSK

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd olub

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Ən çox oxunanalar