Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aqil Ələsgər uzun müddət təqiblərə məruz qalıb, mübarizə aparıb” - Əli Həsənov


Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan jurnalistlərinin VII qurultayında çıxış edib

 
PİA.AZ Yenicag.az-a istinadən xəbər verir ki, Əli Həsənov onu təbrik edən hər kəsə təşəkkür edib:

"Mənim haqqımda deyilən xoş sözləri hakimiyyətin ünvanına deyilmiş kimi qəbul edirəm. Burada səsvermə keçirildi. Bunun haqqında mənfi fikir söyləyənlər də olacaq. Ancaq onlara fikir verməyin. Onlara Azərbaycan jurnalisti kimi cavab verin. Mən sizi özünüz kimi olmağa çağırıram. Heç bir kənar təsir altına düşməyin”.

Mətbuat Şurasının yeni seçiləcək sədri haqqında danışan Əli Həsənov qeyd edib ki, Mətbuat Şurasının yeni sədri ilə dövlət işləyəcək:

"Bu gün Mətbuat Şurasının sədri seçiləcək. Səsvermə keçirildi. Yeni sədrin kimliyindən asılı olmayaraq, hakimiyyət onunla işləyəcək. Çünki o sədr siz jurnalistləri təmsil edir. Buradan üzümü müxalifət partiyalarına tuturam. Elə partiyalar var ki, onların haradan maliyyələşdiyini heç kim bilmir. Çox gözəl yaşayırlar, övladları xaricdə təhsil alır. Onlar parlamentdə mandat alan, dövlət tərəfindən pul ayrılan partiyaları ittiham edirlər. Bu, doğru deyil. Siz də onlara qarşı çıxmalısınız”.

Aqil Ələsgərin səsləndirdiyi milli dəyərlərin qorunması üçün Mətbuat Şurasına edilən təklif haqqında isə Əli Həsənov bunları qeyd etdi:

"Aqil Ələsgər uzun müddət təqiblərə məruz qalıb, mübarizə aparıb. Son zamanlar səsini çox yaxşı mənada ucaldıb. O, bildirdi ki, milli mənəviyyatımızı qorumalıyıq. Bu fikir çox dəyərlidir. Ana dilimizin saflığını pozurlar. Bəli, Mətbuat Şurası buna qarşı olmalıdır. Bununla bağlı ciddi iş görülməlidir. Xahiş edirəm, qarşıdan gələn fəaliyyətinizdə Aqil Ələsgərin təklifini diqqətdə saxlayasınız”.

Reket jurnalistika ilə bağlı danışan Əli Həsənov deyib ki, bundan danışanda ürəyim ağrıyır:

"Mənim haqqımda da Prezident Administrasiyasına şikayətlər edilir ki, mən onların çörəyini kəsirəm. Mən heç kimin çörəyini kəsmirəm, sadəcə olaraq, onları doğru yola çağırıram. Reket jurnalistlərin çoxu istedadlıdır. Onlar elə yerdən tuturlar ki, məmurun pul verməkdən başqa çarəsi qalmır. Biz onları doğru yola səsləyirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Ermənistan XİN: “Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır”    

Ən çox oxunanalar