Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Antiterror tədbirləri zamanı şəhid olan Elşad Süleymanovla vida mərasimi keçirilir

Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olan Süleymanovun Elşad Məmməd oğlunun nəşi Goranboy rayonu Qızılhacılı qəsəbəsinə gətirilib...

"Report"un Qərb bürosunun məlumatına görə, hazırda şəhidin ailə üzvlərinin yaşadığı evin önündə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçilər, rayon icra hakimiyyətinin, idarə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və nümayəndələri, həmçinin, sakinlər iştirak edir.

Mərasim başa çatdıqdan sonra şəhid Balakürd kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Elşad Məmməd oğlu Süleymanov ailəli olub. Onun 7 yaşlı oğlu, 5 yaşlı qızı var.

E.Süleymanov Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu idi. O, tankçı olaraq Vətən müharibəsi zamanı da döyüşlərdə iştirak edib.

Sentyabrın 19-da Azərbaycan Ordusunun başlatdığı antiterror tədbirləri zamanı Ağdam istiqamətində qəhrəmancasına şəhid olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Ən çox oxunanalar