Şənbə, 08 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankara-Moskva münasibətləri - Türkiyə PUA-ları NATO ilə Rusiya arasında hansı balansı yarada bilir?

Türkiyə Rusiya ilə yaxşı münasibətlər qurmaq istəsə də, Ukraynadakı xaotik prosesdə NATO-dan tamamilə ayrı hərəkət etmək də istəmir...

Kürşad Zorlu,
“Habertürk”, Türkiyə, 20 dekabr 2021-ci il

Pilotsuz uçuş aparatları son zamanlar Türkiyənin xarici siyasətinin ən önəmli vasitələrindən birinə çevrilib. Suriya, Liviya, İraq və Qarabağda münaqişələrin gedişatını dəyişən PUA-lar həm Türkiyə üçün beynəlxalq brenddir, həm də müxtəlif siyasi proseslərə etdiyi təsir imkanları ilə bir güc meydanıdır. Xüsusilə sərhəd xəttində problem yaşayan və ya müharibə vəziyyətində zirehli maşın texnologiyası üzərində üstünlük əldə etmək istəyən ölkələr üçün hazırda Türkiyənin PUA-ları seçimlər arasındadır.

Polşa, Mərakeş, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Efiopiya, Tunis və Türkmənistandan sonra digər ölkələrdən də PUA almaq üçün müraciətlər var.

Burada Ukraynanı ayrıca başlıq altında araşdırmaq lazımdır. Ölkəsinin şərqində (Donbass bölgəsi) Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna üçün Türkiyənin addımları çox önəmlidir. Təkcə PUA texnologiyası baxımından deyil, siyasi dəstəyi də önəmlidir. Türkiyənin Ukraynanın NATO üzvlüyünə verdiyi dəstək və Krımla bağlı “qanunsuz ilhaq” yanaşması Ukrayna üçün çox dəyərlidir.

Noyabrın 27-də məşhur politoloq Frensis Fukuyamanın sosial şəbəkələrdəki paylaşımı diqqət çəkib: “Ukraynanın türk pilotsuz təyyarələrindən istifadə etməsi oyun qaydalarını tamamilə dəyişə bilər, ona görə də, görünür, Moskva bununla məşğuldur”.

Ukrayna-Krım xətti Rusiya üçün nə qədər önəmlidirsə, Türkiyənin keçmişdən bu günə qədər geosiyasi maraqları üçün də bir o qədər önəmlidir. Buradakı proseslər Qara dənizə, Qafqaza, hətta Xəzərə qədər uzanan Türkiyə qurşağına təsir edə biləcək səviyyədədir. Bu detal bu gün üzə çıxan mənzərədə Türkiyə-Rusiya münasibətlərinin kövrəkliyini sınayacaq ən önəmli mövzuya çevrilir.

Prezident Ərdoğanla Rusiya prezidenti Putin arasında dekabrın 3-də baş tutan telefon danışığında Rusiyanın bu məsələ ilə bağlı narahatlığını çatdırdığı məlumdur. Görüş zamanı Putin bildirib ki, Ukrayna Donbassdakı münaqişə zonasında türk PUA-larından istifadə etməklə “dağıdıcı” addımlar atıb. Cavabında Ərdoğan tərəfindən Türkiyənin iki ölkə arasında vasitəçilik təklifi irəli sürülüb. Təbii ki, Kreml bunu qəbul etməyib. Çox sayda pilotsuz uçuş aparatı alan Ukraynanın bu dəfə Türkiyə ilə ortaq müdafiə vasitələri istehsalını həyata keçirməsi bir növ “Soyuq Müharibə” strategiyası həyata keçirən Moskva üçün ciddi problem kimi qiymətləndirilir.

Türkiyə Rusiya ilə yaxşı münasibətlər qurmaq istəsə də, Ukraynadakı xaotik prosesdə NATO-dan tamamilə ayrı hərəkət etmək də istəmir. Görünən odur ki, Ukrayna ilə Rusiya arasındakı gərginlik Türkiyə-ABŞ, üstəlik Türkiyə-NATO münasibətləri baxımından da mühüm rol oynayır. Türkiyə-ABŞ münasibətləri S400 alqı-satqısına görə tarixinin ən mənfi dövrlərindən birini yaşasa da, ABŞ-NATO blokunun Ukraynada Rusiyanı çəkindirmək məsələsində Türkiyənin öz imkanlarını daha real şəkildə araşdırması NATO-nun maraqları baxımından olduqca maraqlıdır.

Sonda onu da əlavə edim ki, Türkiyənin hər mənada güclü olması və gücünü toplaması çox vacibdir. Dekabrın 15-də bir erməni qəzetində dərc olunan təhlildən Türkiyəyə qarşı mənfi yanaşma qoyan dairələrin qiymətləndirməsinə misal olaraq aşağıdakı açıqlamaya diqqət çəkmək istərdim: “Ukraynada müharibə başlasa, Ankara bu vəziyyəti Kiyevin xeyrinə çevirə biləcək durumda olmayacaq. Belə bir addım qeyri-sabit iqtisadiyyata sahib olan Türkiyəni ağır nəticələrlə üz-üzə qoyacaq”.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolların qiyməti ilə bağlı önəmli xəbər: Bu tarixdə devalvasiya gözlənilir?

Gəncədə ov tüfəngi ilə vurulan Kəlbəcər sakini xəstəxanada ölüb --Yenilənib

Putinin Qərb təhdid mesajı: Rusiya Qərb ölkələrini vurmaq üçün kimlərə silah verəcək?..

Hər şeydən narazı olan ermənilər indi də Almatı Bəyannaməsindən narazıdırlar...

Komitə sədri: "Orta aylıq əməkhaqqı 990 manat olacaq"

Dövlət qurumu kartdan-karta köçürmələrə dair xəbərdarlıq etdi

Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası başlayıb, gündəlikdə 13 məsələ var

Azərbaycanda nikahın bağlanmasına mane olacaq daha bir hal müəyyənləşir    

Bloomberg: Rusiyanın qazancı Çin üçün ağrıya çevrilir

Millimizin Ermənistanla oyununun başlama vaxtı dəqiqləşdi

Doğuşdan sonra həyatını itirən qadınla bağlı rəsmi açıqlama

Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinə rəis təyin edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay