Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ankara İsrail-Fələstin münaqişəsində qarant sisteminin yaradılmasını təklif edib

Ankara İsrail-Fələstin münaqişəsində qarant sisteminin yaradılması təklifi irəli sürür...

Poliqon “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Diplomat eyni zamanda bu ideyanın formalaşmasında Türkiyənin mərkəzi rolunu vurğulayıb. Nazir hər iki tərəf razılığa gəldikdən sonra Türkiyə də daxil olmaqla bir neçə ölkənin qarant kimi çıxış etməsinin vacibliyinə diqqət çəkib. Fidanın sözlərinə görə, qarant ölkələr bu sazişin icrasını təmin etmək üçün məsuliyyət daşımalıdırlar.

Hakan Fidan iki dövlətli həll yolunun qəbulu üçün İsrailə beynəlxalq təzyiqin vacibliyini də vurğulayıb. Türkiyənin xarici işlər naziri qeyd edib ki, Ankara bu məsələ ilə bağlı öz baxışını maraqlı tərəflərlə bölüşüb.

Fidan bildirib ki, Türkiyə ilə ABŞ arasında bu mövzuda aparılan müzakirələr Vaşinqtonun da iki dövlət prinsipinə əsaslanan nizamlanmanın tərəfdarı olduğunu göstərib.

Türkiyəli nazir beynəlxalq ictimaiyyətin İsrail-Fələstin probleminin həllində daha fəal rol oynamasının vacibliyinə də diqqət çəkib.

Fidanın sözlərinə görə, hazırda Türkiyədən bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi gündəmdə deyil. Eyni zamanda, diplomat davamlı sülhə nail olmaq üçün iki dövlət həllinin həyata keçirilməsi istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb.

Nazir qeyd edib ki, region ölkələri əldə olunmuş razılaşmaları pozan istənilən tərəfə qarşı məsuliyyəti öz üzərinə götürməli və vahid mövqe nümayiş etdirməlidir.

Bundan əlavə, Fidan mövcud vəziyyəti sülh üçün fürsətə çevirməyin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, İsrail-Fələstin münaqişəsinin davamlı həllinə nail olmaq üçün qarant ölkələrin mövcudluğu həlledici olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar