Bazar, 02 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniyanın xarici işlər naziri Berbok Kiyevə gəlib

Almaniyanın xarici işlər naziri Annalena Barbok Kiyevə səfər edib...

Poliqon Ukrayna mətbuatına əsasən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi rəhbərinin Ukraynaya bu səfəri barədə əvvəlcədən məlumat verilməyib.

“Ukrayna bizim hamımızın azadlığını böyük cəsarət və qətiyyətlə müdafiə edir” deyə xanım Berbok Kiyevə gələrkən Deutsche Welle nəşrinə bildirib. Onun sözlərinə görə, Ukrayna Almaniyadan “hərtərəfli iqtisadi və humanitar yardıma” arxalana bilər və Almaniya da Ukrayna ordusuna silah və hərbi texnika verməyə davam edəcək.

Eyni zamanda, Annalena Berbok vurğulayıb ki, Ukrayna hakimiyyəti ölkədə genişmiqyaslı iqtisadi və siyasi islahatların aparılması üçün səyləri gücləndirməlidir. Xanım Berbokun Kiyevdəki iş qrafiki açıqlanmır. Xüsusən də onun Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb-görüşməyəcəyi məlum deyil.

Qeyd olunur ki, bu, Almaniyanın xarici işlər nazirinin Rusiya hərbi əməliyyatı başlayandan bəri Ukraynaya dördüncü səfəridir. DPA-nın məlumatına görə, o, bu dəfə Polşadan gecə qatarı ilə Kiyevə gəlib. Almaniya Xarici İşlər Nazirliyinin rəhbərini stansiyada Almaniya səfiri Martin Yager qarşılayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - Faktiki hava + Yenilənib

Qaxa dolu düşüb, meyvə ağaclarına ziyan dəyib

Rəşad Sadıqov: "Qarabağ"a layiqli müqavimət göstərməyə çalışacağıq

Azərbaycanlılar ən çox hansı qidanı istehlak edirlər?

İyunda bu günlər təhlükəli olacaq - Xəbərdarlıq

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

İsmayıllıda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Ən çox oxunanalar