Almaniya ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinə qoşulub...
PİA.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi press-relizində məlumat verilib. Berlin Kiyevə “Marder” piyada döyüş maşınları və “Patriot” zenit-raket kompleksləri göndərəcək.
Qeyd edək ki, yanvarın 5-də ABŞ prezidenti Co Baydenlə Almaniya kansleri Olaf Şolts arasında baş tutan telefon danışığı zamanı liderlər Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik yardımı “lazım olduğu müddətcə” davam etdirmək niyyətində olduqlarını bildiriblər.
Həmçinin Fransanın xarici işlər naziri Ketrin Kolonna bu gün Parisin hərbi yardım çərçivəsində Ukraynaya təkərli tanklar vermək planlarını təsdiqləyib. Nazir Fransa prezidenti Emmanuel Makronun vəd etdiyi tankların Kiyevə çatdırılmasının Parisi Ukrayna münaqişəsində şərik edəcəyinə inanmır. O, Makronun vəd etdiyi AMX-10 RC təkərli tankların hansı ədədlərdə və hansı miqdarda çatdırıla biləcəyini açıqlamayıb.
pia.az