Elm adamları “Elsevier” nəşriyyatını 'xəsisliyinə' görə kütləvi şəkildə tərk edirlər...
Aparıcı “Elsevier” elmi nəşriyyatının redaksiyasını, o cümlədən Neuroimage jurnalının elmi şurasını 40-dan çox alim tərk edib. Səbəb nəşriyyatın nəşr haqqını azaltmaqdan imtina etməsi olub.
Poliqon xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb. Xəbərdə qeyd olunur ki, “Elsevier” nəşriyyatını qazancı Google və Amazon-un qazancını üstələyir.
“The Guardian” yazır ki, dünyanın hər yerindən alimlər elmi nəşrlərin qazancına qarşı üsyanı dəstəkləyiblər. Hazırda beynin tədqiqi və vizuallaşdırılması sahəsində dünyanın aparıcı nəşri olan Neuroimage-in materialları ictimaiyyətə açıqdır. Lakin alimlər öz işlərini dərc etmək üçün 2700 funt sterlinqdən çox pul ödəməlidirlər, çünki bu, bu nəşrin nüfuzunu əks etdirir. “Elsevier” redaksiyasının keçmiş üzvləri rüsumları qeyri-etik adlandırıb və agentliyin xərclərinə uyğun olmadığını bildiriblər.
Hollandiyanın “Elsevier” şirkəti dünyada elmi məqalələrin 25%-ni dərc etdiyini iddia edir. 2022-ci ildə şirkətin xalis gəliri 10% artaraq 2,9 milyard funt-sterlinq təşkil edib.
Poliqon.info