Cümə axşamı, 30 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər Qahirə yaxınlığında 4300 illik qızıl mumiya tapıblar

Qahirə yaxınlığında aparılanarxeloji qazıntılar zamanı bir qrup arxeoloq yaxşı qorunub saxlanılmış, yaşı 4300-dən çox olan qızıl mumiya aşkar ediblər…

PİA.az xəbər verir ki, bu barədə Sky News-un xəbərində bildirilir.

Nəşr yazır ki, bir neçə qat qızılla örtülmüş mumiya Misirdə indiyə qədər tapılmış ən qədim və ən mükəmməl mumiya hesab oluna bilər.

Qahirə yaxınlığında aparılan qazıntılar zamanı içində qədim misirlinin yaxşı qorunmuş cəsədi olan sarkofaq aşkar edilib. Tədqiqatçılar dəfnin Gekaşepes adlı şəxsə aid olduğunu güman edirlər. Gekaşepesin cəsədi təxminən 4300 il əvvəl mumiyalanıb.

Mumiya, dünyanın yaxşı vəziyyətdə qalmış ən qədim daş binası olduğu güman edilən Djoser pilləli piramidasının yaxınlığında 15 metrlik şaxtanın dibindən tapılıb.

Qazıntıya rəhbərlik edən misirli arxeoloq Zahi Hawass tapıntı ilə bağlı jurnalistlərə deyib: “Mən sarkofaqın içərisində nə olduğunu görmək üçün içəriyə baxanda, tamamilə qızıl qatlarla örtülmüş gözəl insan mumiyası gördüm”.

Alimlər artıq mumiyanın təxminən eramızdan əvvəl 2500-2100-cü illərdə hökm sürmüş Köhnə Krallığın Beşinci və ya Altıncı sülalələrinə aid firona ola biləcəyini müəyyən ediblər.

Bu, qazıntının hazırkı mərhələsində tapılan yeganə tapıntı deyil. Alimlər həmçinin Qədim Misirin Beşinci sülaləsinin sonuncu fironu Unasın tabeliyində xidmət edən Xnumdjedef adlı kahinin sarkofaqını aşkar ediblər. Onun məzarının içərisi gündəlik həyatdan səhnələrlə bəzədilib.

Başqa bir dəfn Meri adlı məmura məxsusdur. Tədqiqat qrupunun bəyanatında deyilir ki, o, “sirrləri qoruyan və sarayın böyük hökmdarının köməkçisi” titulunu daşıyıb.

Digər artefaktlar arasında arxeoloqlar eramızdan əvvəl 3-cü minilliyə aid heykəllərin və amuletlərin tapıldığını qeyd edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub- Yenilənib, Video

Ermənistan İran PUA-ları üçün hava məkanını açdı...- Bölgədə yeni müharibə?

2023-cü ildə bəxtləri ən çox gətirəcək 5 bürc

Bu avtomobillərin Azərbaycana gətirilməsinə icazə verilməyəcək

Yüz il qoşa atılan zərlər niyə qoşa düşmür? - “Dünya sənin, dünya mənim”in hekayəsi

Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub

Prezidentin köməkçisi Fazil Mustafanı ziyarət edib

"Siz Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz" - Nazilədən Rövşanəyə

Prezident İlham Əliyev Fazil Mustafaya qarşı terror aktı ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verib

Cəlilabadın sabiq icra başçısının cəzası azaldılıb

Ən çox oxunanalar